แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาอาเซอร์ไบจาน - อะลีย์ คาน มูซาเยฟ

əl-Haqqə

external-link copy
1 : 69

ٱلۡحَآقَّةُ

Haqq olan (Qiyamət)! info
التفاسير:

external-link copy
2 : 69

مَا ٱلۡحَآقَّةُ

Nədir haqq olan (Qiyamət)? info
التفاسير:

external-link copy
3 : 69

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)? info
التفاسير:

external-link copy
4 : 69

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar. info
التفاسير:

external-link copy
5 : 69

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

Səmud (qövmü) qorxunc bir səslə məhv edildi. info
التفاسير:

external-link copy
6 : 69

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi. info
التفاسير:

external-link copy
7 : 69

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin. info
التفاسير:

external-link copy
8 : 69

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?! info
التفاسير:

external-link copy
9 : 69

وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ

Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər. info
التفاسير:

external-link copy
10 : 69

فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً

Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı. info
التفاسير:

external-link copy
11 : 69

إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ

Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq. info
التفاسير:

external-link copy
12 : 69

لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ

Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik. info
التفاسير:

external-link copy
13 : 69

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ

Sur bircə dəfə üfürüləcəyi, info
التفاسير:

external-link copy
14 : 69

وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ

yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – info
التفاسير:

external-link copy
15 : 69

فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ

həmin gün Vaqiə qopacaq. info
التفاسير:

external-link copy
16 : 69

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ

Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır. info
التفاسير:

external-link copy
17 : 69

وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ

Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır. info
التفاسير:

external-link copy
18 : 69

يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ

(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır. info
التفاسير:

external-link copy
19 : 69

فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ

Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı! info
التفاسير:

external-link copy
20 : 69

إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ

Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”. info
التفاسير:

external-link copy
21 : 69

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ

O, xoşbəxt həyat sürəcək – info
التفاسير:

external-link copy
22 : 69

فِي جَنَّةٍ عَالِيَةٖ

uca bir Cənnətdə – info
التفاسير:

external-link copy
23 : 69

قُطُوفُهَا دَانِيَةٞ

(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır. info
التفاسير:

external-link copy
24 : 69

كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ

(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir). info
التفاسير:

external-link copy
25 : 69

وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! info
التفاسير:

external-link copy
26 : 69

وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ

Hesabımı da bilməyəydim! info
التفاسير:

external-link copy
27 : 69

يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ

Kaş ilk ölümüm əbədi olaydı! info
التفاسير:

external-link copy
28 : 69

مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ

Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı). info
التفاسير:

external-link copy
29 : 69

هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ

Hökmranlığım da məhv olub getdi”. info
التفاسير:

external-link copy
30 : 69

خُذُوهُ فَغُلُّوهُ

(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın! info
التفاسير:

external-link copy
31 : 69

ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ

Sonra da Cəhənnəmə atın! info
التفاسير:

external-link copy
32 : 69

ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ

Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın! info
التفاسير:

external-link copy
33 : 69

إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ

Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi. info
التفاسير:

external-link copy
34 : 69

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

Miskini yedirtməyə rəğbətləndirmirdi. info
التفاسير:

external-link copy
35 : 69

فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ

Bu gün burada onun üçün bir dost tapılmaz. info
التفاسير:

external-link copy
36 : 69

وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ

Qanlı irindən başqa yeməyi də yoxdur. info
التفاسير:

external-link copy
37 : 69

لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ

Onu ancaq günahkarlar yeyər”. info
التفاسير:

external-link copy
38 : 69

فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ

And içirəm gördüklərinizə, info
التفاسير:

external-link copy
39 : 69

وَمَا لَا تُبۡصِرُونَ

Və görmədiklərinizə! info
التفاسير:

external-link copy
40 : 69

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ

O, möhtərəm bir Elçinin sözüdür. info
التفاسير:

external-link copy
41 : 69

وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ

O, şair sözü deyil! Nə az inanırsınız! info
التفاسير:

external-link copy
42 : 69

وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

O, kahin sözü də deyil! Nə az düşünürsünüz! info
التفاسير:

external-link copy
43 : 69

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! info
التفاسير:

external-link copy
44 : 69

وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ

Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, info
التفاسير:

external-link copy
45 : 69

لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ

Biz ondan şiddətli intiqam alardıq. info
التفاسير:

external-link copy
46 : 69

ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ

Sonra da şah damarını kəsərdik. info
التفاسير:

external-link copy
47 : 69

فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ

Sizdən heç kəs buna mane ola bilməzdi. info
التفاسير:

external-link copy
48 : 69

وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ

Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir. info
التفاسير:

external-link copy
49 : 69

وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik! info
التفاسير:

external-link copy
50 : 69

وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ

Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır. info
التفاسير:

external-link copy
51 : 69

وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ

Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir. info
التفاسير:

external-link copy
52 : 69

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et! info
التفاسير: