แปล​ความหมาย​อัลกุรอาน​ - คำแปลภาษาอาเซอร์ไบจาน - อะลีย์ คาน มูซาเยฟ

əl-Hicr

external-link copy
1 : 15

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ

Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir. info
التفاسير:

external-link copy
2 : 15

رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ

Kafirlər “Kaş ki müsəlman olsaydıq”– deyə arzu edəcəklər. info
التفاسير:

external-link copy
3 : 15

ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ

Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər. info
التفاسير:

external-link copy
4 : 15

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ

Həlak etdiyimiz hər bir məmləkətin məlum bir yazısı olmuşdur (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdir). info
التفاسير:

external-link copy
5 : 15

مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. info
التفاسير:

external-link copy
6 : 15

وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ

(Müşriklər Peyğəmbərə) dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Doğrudan da, sən dəlisən. info
التفاسير:

external-link copy
7 : 15

لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Əgər doğru danışanlardansansa, nəyə görə bizə (dediyinə şahidlik edə bilən) mələkləri gətirmirsən?!” info
التفاسير:

external-link copy
8 : 15

مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ

Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman kafirlərə möhlət verilməz. info
التفاسير:

external-link copy
9 : 15

إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq. info
التفاسير:

external-link copy
10 : 15

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ

(Ey Peyğəmbər!) Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik. info
التفاسير:

external-link copy
11 : 15

وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onlara elə bir elçi gəlmədi ki, ona istehza etməsinlər. info
التفاسير:

external-link copy
12 : 15

كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ

Biz (küfrü) günahkarların qəlbinə belə yeridirik. info
التفاسير:

external-link copy
13 : 15

لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ

Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara məlumdur. info
التفاسير:

external-link copy
14 : 15

وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ

Əgər onlara göydən bir qapı açsaydıq (oradan pilləkən sallasaydıq) və onlar dayanmadan oraya qalxsaydı, info
التفاسير:

external-link copy
15 : 15

لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ

(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər. info
التفاسير: