Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht

əl-Haqqə

Qëllimet e sures:
إثبات أن وقوع القيامة والجزاء فيها حقٌّ لا ريب فيه.
Qiyamətin qopacağının və həmçinin o gün haqq-hesaba çəkilmənin şək-şübhəsiz bir həqiqət olmasının isbatı. info

external-link copy
1 : 69

ٱلۡحَآقَّةُ

Uca Allah mütləq gerçəkləşəcək dirilmə saatını zikr edir. info
التفاسير:

external-link copy
2 : 69

مَا ٱلۡحَآقَّةُ

Sonra O, bu saatın dəhşətini bildirmək üçün bu sualı verir: "Nədir qiyamət?!" info
التفاسير:

external-link copy
3 : 69

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ

Ey Peyğəmbər! Nə bilirsən, bu qiyamət nədir? info
التفاسير:

external-link copy
4 : 69

كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ

Salehin qövmü Səmud və Hudun qövmü Ad, öz dəhşəti ilə insanları qorxuya salan qiyaməti yalan saydılar. info
التفاسير:

external-link copy
5 : 69

فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ

Allah səmudluları olduqca şiddətli və qorxunc bir səslə məhv etmişdir. info
التفاسير:

external-link copy
6 : 69

وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ

Ad tayfasını isə Allah şiddətli külək və şaxtası adamı kəsən hədsiz soyuqla məhv etmişdir. info
التفاسير:

external-link copy
7 : 69

سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ

Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirib onların hamısını məhv elədi. Sən orada olsaydın, o tayfanın öz yurdlarında yerə yıxılıb həlak olduğunu, sanki xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərildiyini görərdin. info
التفاسير:

external-link copy
8 : 69

فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ

Onlara üz vermiş bu əzabdan sonra sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?! info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
Səbir həm dəvətçiyə, həm də qeyrisinə lazım olan gözəl bir xislətdir. info

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
Tövbə, özündən əvvəlki günahların hamısını silir. Allah tövbə sayəsində Öz qulunu günahlardan təmizləyir və onu əməlisaleh qullarından edir. info

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
Allahın kafirlərə və günahkarlara göndərdiyi əzabın müxtəlif olması, Allahın qüdrətinin və Onun ədalətinin kamil olmasına dəlalət edir. info