Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht

external-link copy
24 : 47

أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ

Məgər haqdan üz çevirən o kimsələr Quranı oxuyub içindəkilər haqqında dü­şünmürlərmi?! Əgər onlar Quranı oxuyub-araşdırsaydılar, Quran, onları hər bir xeyirə yönəldər və hər bir şərdən uzaq edərdi. Yoxsa onları qəlbinə elə möhkəm qıfıl vurulmuşdur ki, buna görə onların qəlbinə nə öyüd-nəsihət təsir edər, nə də Mənim zikrim onlara fayda verər?! info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• التكليف بالجهاد في سبيل الله يميّز المنافقين من صفّ المؤمنين.
Allah yolunda cihadın vacib buyurulması, münafiqləri möminlərin cərgəsindən ayırd edir. info

• أهمية تدبر كتاب الله، وخطر الإعراض عنه.
Allahın kitabını oxuyub düşünməyin əhəmiyyətli, ondan üz döndərməyin isə təhlükəli olması. info

• الإفساد في الأرض وقطع الأرحام من أسباب قلة التوفيق والبعد عن رحمة الله.
Yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini kəsmək, yaxşı işlər görməkdən məhrum olmağa və Allahın rəhmətindən uzaq düşməyə səbəbdir. info