Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu.

numero y'urupapuro:close

external-link copy
24 : 29

فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var! info
التفاسير:

external-link copy
25 : 29

وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ

İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəs­lə­di­yi­niz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yar­dımçınız olmayacaqdır!" info
التفاسير:

external-link copy
26 : 29

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Lut - aleyhissəlam - ona iman gətirdi. İb­rahim - aleyhissəlam - ona belə de­di: "Mən Rəbbimə, Şam diya­rının bərəkətli torpqlarına hicrət edirəm. Həqi­qə­tən, O, qüd­rət­li­dir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!" info
التفاسير:

external-link copy
27 : 29

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ

Biz İbrahimə, İshaqı və onun oğlu Yə­qu­bu ba­ğış­ladıq. Onun övladlarına pey­ğəm­bərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­saleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir. info
التفاسير:

external-link copy
28 : 29

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ

Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!" info
التفاسير:

external-link copy
29 : 29

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişi­lərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislə­ri­nizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-bi­rininizə qarşı murdar işlər görür­sü­nüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qöv­münün ona ca­vabı isə ancaq belə de­mə­kdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bi­zi hədələdiyin Allahın əza­bını gətir görək!" info
التفاسير:

external-link copy
30 : 29

قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ

Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fə­sad yayan bu qövm qarşı mənə yardım et!" info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
• Uca Allah, saleh qullarını düşmənlərinin şərindən qoruyaraq onlara yardım edər. info

• فضل الهجرة إلى الله.
• Allah yolunda hicrət etməyin fəziləti. info

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
• İbrahim və ailəsinin, Allah yanındakı məqamı olduqca yüksəkdir. info

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
• Mömin kimsəyə dünyada ikən bəzi mükafatların verilməsi, axirətdəki savablarından əksildiləcəyi anlamına gəlməz. info

• قبح تعاطي المنكرات في المجالس العامة.
• Ümumi məclislərdə günah əməllər edilməsinin çirkin bir iş olması. info