İbrahim - aleyhissəlam - qövmünə tək Allaha ibadət etmələrini və Ondan başqa ibadət etdikləri bütləri isə tərk etmələrini əmr etdikdən sonra, qövmünün ona cavabı ancaq: "İlahlarınıza yardımçı olmaq üçün ya onu öldürün, ya da onu oda atın!" – deməkdən başqa bir şey olmadı. Lakin Allah onu oddan qorudu. Doğrudan da, onların İbrahimi odun içinə atdıqdan sonra onu odun içindən sağ-salamat çıxarmasında mömin qövm üçün bir ibrətlər var!
İbrahim - aleyhissəlam - qövmünə belə dedi: "Sizin Allahı qoyub bütlərə ibadət etməniz ancaq dünya həyatında aranızda bir-birinizə qarşı bəslədiyiniz dostluğa və məhəbbətə görədir. Sonra Qiyamət günü Allahın əzabını öz gözlərinizlə gördüyünüz zaman aranızda olan bu dostluq və məhəbbət bağları yox olacaq və bir-birinizi inkar edib lənətləyəcəksiniz. Qərar tutacağınız yer isə Oddur. Sizin Allahın əzabından qoruya biləcək, nə ibadət etdiyiniz bütlərdən, nə də başqalarından hər hansı bir yardımçınız olmayacaqdır!"
Lut - aleyhissəlam - ona iman gətirdi. İbrahim - aleyhissəlam - ona belə dedi: "Mən Rəbbimə, Şam diyarının bərəkətli torpqlarına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və Ona hicrət edəni əsla zəlil etməz. O, təqdirində və işlərində hikmət sahibidir!"
Biz İbrahimə, İshaqı və onun oğlu Yəqubu bağışladıq. Onun övladlarına peyğəmbərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini verdik. Şübhəsiz ki, o, axirətdə əməlisaleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir.
Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!"
"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişilərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislərinizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-birininizə qarşı murdar işlər görürsünüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qövmünün ona cavabı isə ancaq belə deməkdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bizi hədələdiyin Allahın əzabını gətir görək!"
Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fəsad yayan bu qövm qarşı mənə yardım et!"
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
• Uca Allah, saleh qullarını düşmənlərinin şərindən qoruyaraq onlara yardım edər.
• فضل الهجرة إلى الله.
• Allah yolunda hicrət etməyin fəziləti.
• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
• İbrahim və ailəsinin, Allah yanındakı məqamı olduqca yüksəkdir.
• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
• Mömin kimsəyə dünyada ikən bəzi mükafatların verilməsi, axirətdəki savablarından əksildiləcəyi anlamına gəlməz.
• قبح تعاطي المنكرات في المجالس العامة.
• Ümumi məclislərdə günah əməllər edilməsinin çirkin bir iş olması.