Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu.

Hud

Impamvu y'isura:
تثبيت النبي والمؤمنين بقصص الأنبياء السابقين، وتشديد الوعيد للمكذبين.
Peyğəmbərin və möminlərin, əvvəlki peyğəmbərlərin hekayələri, üstəlik, haqqı yalan sayanlara edilən təhdidlər sayəsində sabitqədəm qalmaları. info

external-link copy
1 : 11

الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Quran, ayələri tərtib və məna baxımından mü­kəm­məl­ləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir. info
التفاسير:

external-link copy
2 : 11

أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٞ وَبَشِيرٞ

Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinə əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələ­yə­nəm. info
التفاسير:

external-link copy
3 : 11

وَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٖ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ كَبِيرٍ

Ey insanlar! Rəbbinizdən günahlarınızın ba­ğış­lanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gö­zəl gün-gü­zə­ran nəsib edər və Öz lütfündən hər fə­zi­lət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsə­niz, bilin ki, mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əza­bın­dan qorxuram. info
التفاسير:

external-link copy
4 : 11

إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qa­dir­dir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb, qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz. info
التفاسير:

external-link copy
5 : 11

أَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, qəlblərin gizli saxladıqlarını daha yaxşı biləndir. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
• Həqiqərən xeyir, şər, fayda və zərər yalnız Allahın əlindədir. Ondan başqa kimsə bunu edə bilməz. info

• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
• Qurana və sünnəyə tabe olmağın və bu yolda olan əziyyətlərə səbir etməyin və Allahdan çıxış yolu gözləməyin vacib olması. info

• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
• Quran ayələrin hamısı mühkəm ayələrdir və bu ayələrdə heç bir xələlə və ya batilə yol yerilməmişdir. Artıq uca Allah Quran-Kərimdə şəri əhkamları tam şəkildə, təfsilatlı olaraq izah etmişdir. info

• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
• İstənilən şeyə nail olub, qorxudulan şeydən xilas olmaq üçün tövbə etməyə tələsməyin və etdiyi günahlara görə peşmançılıq hissi keçirməyin vacib olması. info