﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Quran, ayələri tərtib və məna baxımından mükəmməlləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir.
Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinə əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələyənəm.
Ey insanlar! Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gözəl gün-güzəran nəsib edər və Öz lütfündən hər fəzilət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsəniz, bilin ki, mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əzabından qorxuram.
Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb, qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz.
Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, qəlblərin gizli saxladıqlarını daha yaxşı biləndir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• إن الخير والشر والنفع والضر بيد الله دون ما سواه.
• Həqiqərən xeyir, şər, fayda və zərər yalnız Allahın əlindədir. Ondan başqa kimsə bunu edə bilməz.
• وجوب اتباع الكتاب والسُّنَّة والصبر على الأذى وانتظار الفرج من الله.
• Qurana və sünnəyə tabe olmağın və bu yolda olan əziyyətlərə səbir etməyin və Allahdan çıxış yolu gözləməyin vacib olması.
• آيات القرآن محكمة لا يوجد فيها خلل ولا باطل، وقد فُصِّلت الأحكام فيها تفصيلًا تامَّا.
• Quran ayələrin hamısı mühkəm ayələrdir və bu ayələrdə heç bir xələlə və ya batilə yol yerilməmişdir. Artıq uca Allah Quran-Kərimdə şəri əhkamları tam şəkildə, təfsilatlı olaraq izah etmişdir.
• وجوب المسارعة إلى التوبة والندم على الذنوب لنيل المطلوب والنجاة من المرهوب.
• İstənilən şeyə nail olub, qorxudulan şeydən xilas olmaq üçün tövbə etməyə tələsməyin və etdiyi günahlara görə peşmançılıq hissi keçirməyin vacib olması.