Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev

Número de página:close

external-link copy
55 : 16

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ

Onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz. info
التفاسير:

external-link copy
56 : 16

وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ

(Müşriklər,) özlərinə verdiyimiz ruzidən heç nə anlamayanlara (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə, mütləq sorğu-sual olunacaqsınız. info
التفاسير:

external-link copy
57 : 16

وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ

Onlar Allaha qızlar isnad edirlər. (Mələklərin, Onun qızları olduğunu deyirlər). Allah pak və müqəddəsdir. Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər. info
التفاسير:

external-link copy
58 : 16

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ

Onlardan birinə qızı olması ilə müjdə verildikdə, qəzəbindən üzü qapqara qaralır. info
التفاسير:

external-link copy
59 : 16

يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ

Ona verilən bəd müjdə ucbatından camaatdan gizlənir. (Bilmir nə etsin,) körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar (Allaha övlad isnad etmələri) necə də pisdir! info
التفاسير:

external-link copy
60 : 16

لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Pis sifət axirətə inanmayanlara xasdır. Ən uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Hikmət sahibidir. info
التفاسير:

external-link copy
61 : 16

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ

Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər (əcəl yetişənədək) möhlət verir. Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər. info
التفاسير:

external-link copy
62 : 16

وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ

(Müşriklər) özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar. info
التفاسير:

external-link copy
63 : 16

تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ

Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır. info
التفاسير:

external-link copy
64 : 16

وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

Biz Kitabı sənə yalnız ixtilafda olduqları şeyləri onlara bəyan edəsən və iman gətirən bir qövmə doğru yol göstəricisi və rəhmət olaraq nazil etdik. info
التفاسير: