Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev

Número de página:close

external-link copy
35 : 16

وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan başqa heç nəyə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!”. Onlardan əvvəlkilər də belə etmişdilər. Məgər peyğəmbərlərin vəzifəsi ancaq açıq-aydın təbliğ etmək deyilmi?! info
التفاسير:

external-link copy
36 : 16

وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azdırmışdır. Yer üzündə gəzib dolaşın və (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün! info
التفاسير:

external-link copy
37 : 16

إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sən onların doğru yola gəlməsi üçün nə qədər çalışsan da, (bil ki,) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də tapılmaz. info
التفاسير:

external-link copy
38 : 16

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ

Onlar: “Allah ölən bir kəsi diriltməyəcəkdir!”– deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allahın ölüləri dirildəcəyi barədə) verdiyi vəd haqdır, lakin insanların çoxu (bunu) bilməz. info
التفاسير:

external-link copy
39 : 16

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ

(Allah ölüləri dirildəcəkdir ki,) ixtilafda olduqları şeyləri onlara bəyan etsin və kafirlər də özlərinin yalançı olduqlarını bilsinlər. info
التفاسير:

external-link copy
40 : 16

إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

Biz bir şey (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da (dərhal) olur. info
التفاسير:

external-link copy
41 : 16

وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Zülmə uğradıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl yerdə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! info
التفاسير:

external-link copy
42 : 16

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

(Onlar) səbir edən və yalnız Rəbbinə təvəkkül edən kəslərdir. info
التفاسير: