Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling - Ali Khan Musayev

Pagina nummer:close

external-link copy
184 : 26

وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ

Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!” info
التفاسير:

external-link copy
185 : 26

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ

Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən. info
التفاسير:

external-link copy
186 : 26

وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ

Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik. info
التفاسير:

external-link copy
187 : 26

فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”. info
التفاسير:

external-link copy
188 : 26

قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ

(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”. info
التفاسير:

external-link copy
189 : 26

فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ

Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. info
التفاسير:

external-link copy
190 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
191 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
192 : 26

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ

Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir. info
التفاسير:

external-link copy
193 : 26

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ

Onu sadiq ruh (Cəbrail) endirdi – info
التفاسير:

external-link copy
194 : 26

عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ

sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. info
التفاسير:

external-link copy
195 : 26

بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ

(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi). info
التفاسير:

external-link copy
196 : 26

وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ

Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir. info
التفاسير:

external-link copy
197 : 26

أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ

Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?! info
التفاسير:

external-link copy
198 : 26

وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ

Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik info
التفاسير:

external-link copy
199 : 26

فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ

və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər. info
التفاسير:

external-link copy
200 : 26

كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ

Biz (küfrü) günahkarların qəlbinə belə saldıq. info
التفاسير:

external-link copy
201 : 26

لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar. info
التفاسير:

external-link copy
202 : 26

فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ

O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir. info
التفاسير:

external-link copy
203 : 26

فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ

Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?” info
التفاسير:

external-link copy
204 : 26

أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ

Onlar əzabımızın tez gəlməsini istəyirlər? info
التفاسير:

external-link copy
205 : 26

أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ

Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək, info
التفاسير:

external-link copy
206 : 26

ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ

sonra vəd olunduqları (əzab) onlara yetişsə, info
التفاسير: