Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling van de samenvatting van de tafsier van de Heilige Koran.

ət-Tin

Het doel van deze surah:
امتنان الله على الإنسان باستقامة فطرته وخلقته، وكمال الرسالة الخاتمة.
Allahın insanın fitrətini və xilqətini doğru-düzgün yaratmaqla ona lütf etməsi, üstəlik, sonuncu (Peyğəmbərin -səllallahu aleyhi və səlləm- təbliğ etdiyi) risalətinin kamil olması. info

external-link copy
1 : 95

وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ

Uca Allah əncirə və onun bitdiyi yerə, habelə, zeytuna və onun bitdiyi Fələstin torpağına, İsanın (aleyhissəlam) peyğəmbər göndərildiyi yerə and içir. info
التفاسير:

external-link copy
2 : 95

وَطُورِ سِينِينَ

Uca Allah peyğəmbəri Musa (aleyhissəlam) ilə danışdığı Sina dağına and içir. info
التفاسير:

external-link copy
3 : 95

وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ

O, həmçinin, toxunulmaz şəhərə - Məkkəyə and içir. O şəhərə ki, ora daxil olan kəs əmin-amanlıqda olar. O şəhər ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) ora peyğəmbər göndərilmişdir. info
التفاسير:

external-link copy
4 : 95

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ

Biz insanı ən gözəl biçimdə və ən gözəl surətdə yaratdıq. info
التفاسير:

external-link copy
5 : 95

ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ

Sonra onu dünyada qocalığın düşkün çağına və ahıl yaşına yetişdirdik, beləliklə də, bədəninin ona heç bir faydası olmadı. Eləcə də, əgər fitrəti korlanar və cəhənnəmlik olarsa, o bədənin ona heç bir faydası olmaz. info
التفاسير:

external-link copy
6 : 95

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ

Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır. Belə ki, onlar qocalığın düşkün çağına çatsalar da, onları tükənməz mükafat - Cənnət gözləyir. Çünki onlar öz fitrətlərini təmizləmişlər. info
التفاسير:

external-link copy
7 : 95

فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ

Ey insan! Allahın qüdrətinin bir çox əlamətlərini gördükdən sonra haqq-hesab gününü yalan saymağa səni vadar edən nədir? info
التفاسير:

external-link copy
8 : 95

أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ

Məgər qiyamət gününü haqq-hesab günü edən Allah hakimlərin ən üstünü və ən ədalətlisi deyilmi?! Məgər Uca Allah Öz qulları arasında hökm vermədən - yaxşı kimsənin yaxşılığının mükafatını vermədən, pis kimsıni da pisliyinə görə cəzalandırmadan - onları başlı-başına buraxması ağıla batandırmı?! info
التفاسير:
Voordelen van de verzen op deze pagina:
• رضا الله هو المقصد الأسمى.
Uca Allahın Öz peyğəmbərinin -səllallahu aleyhi və səlləm- zikrini ucaltmaqla ona ehtiram göstərməsi. info

• أهمية القراءة والكتابة في الإسلام.
Allahın rizasını qazanmaq ən ali məqsəddir. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
İslam dinində oxumağın və yazmağın əhməiyyətli olması. info

• النهي عن المعروف صفة من صفات الكفر.
Təkəbbürlü olmağa və haqq yoldan sapmağa gətirib çıxaran zənginliyin təhlükəsi. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
Yaxşı işlər görməyi qadağan etmək kafirlərin xislətlərindəndir. info