ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
30 : 47

وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ

(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. info
التفاسير:

external-link copy
31 : 47

وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ

(Ey möminlər!) Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxardanadək sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də (Allahın əmrinə tabe olub cihad edənləri və tənbəllik edib cihaddan geridə qalanları da) yoxlayacağıq. info
التفاسير:

external-link copy
32 : 47

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ

Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan azdıranlar və hidayət yolu özlərinə bəlli olduqdan sonra Peyğəmbərə düşmənçilik edənlər Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puça çıxaracaqdır. info
التفاسير:

external-link copy
33 : 47

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ

Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! info
التفاسير:

external-link copy
34 : 47

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ

Şübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan azdıranları, sonra da kafir olaraq ölənləri, Allah bağışlamayacaqdır. info
التفاسير:

external-link copy
35 : 47

فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ

(Ey Möminlər!) Zəiflik göstərməyin və üstün olduğunuz halda (kafirləri) sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi (əməllərinizin savabını) əskiltməz. info
التفاسير:

external-link copy
36 : 47

إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ

Dünya həyatı sadəcə oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz. info
التفاسير:

external-link copy
37 : 47

إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ

Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etsə, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar. info
التفاسير:

external-link copy
38 : 47

هَٰٓأَنتُمۡ هَٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə çağırılırsınız. Aranızda isə xəsislik edənlər də vardır. Kim xəsislik etsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə başqa bir qövm gətirər sonra onlar sizin kimi olmazlar. info
التفاسير: