ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
20 : 47

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ

Möminlər: “Kaş (cihada dair) bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş zikir edildikdə qəlbində xəstəlik olanların sənə, ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki, info
التفاسير:

external-link copy
21 : 47

طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ

itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. info
التفاسير:

external-link copy
22 : 47

فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ

Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. info
التفاسير:

external-link copy
23 : 47

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ

Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir. info
التفاسير:

external-link copy
24 : 47

أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ

Məgər onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbləri qıfıllıdır?! info
التفاسير:

external-link copy
25 : 47

إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ

Özlərinə hidayət yolu bəlli olduqdan sonra (haqdan dönüb) geriyə üz tutan kimsələrə şeytan (günah işləri) gözəl göstərmiş və onlara uzun ömür vəd etmişdir. info
التفاسير:

external-link copy
26 : 47

ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ

Bu onların (münafiqlərin) Allahın nazil etdiyinə nifrət edənlərə (müşriklərə): “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dediklərinə görədir. Allah onların sirlərini bilir. info
التفاسير:

external-link copy
27 : 47

فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ

Bəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?! info
التفاسير:

external-link copy
28 : 47

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

Bu onların Allahı qəzəbləndirən şeylərə uyduqlarına və Onun razı qaldığı şeylərə nifrət etdiklərinə görədir. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. info
التفاسير:

external-link copy
29 : 47

أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ

Yoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?! info
التفاسير: