ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
12 : 47

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ

Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünya həyatından) zövq alıb, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur! info
التفاسير:

external-link copy
13 : 47

وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ

(Ey Peyğəmbər!) Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara kömək edən də tapılmadı. info
التفاسير:

external-link copy
14 : 47

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم

Məgər Rəbbindən bir dəlilə istinad edən kimsə, pis əməli özünə gözəl göstərilən və istəklərinə uyan kimsələr kimi ola bilərmi?! info
التفاسير:

external-link copy
15 : 47

مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada tamı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvələr və Rəbbi tərəfindən bağışlanma vardır. Məgər o, od içində əbədi qalacaq və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?! info
التفاسير:

external-link copy
16 : 47

وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ

(Ey Peyğəmbər!) Onların (münafiqlərin) arasında səni dinləyənlər də var. Nəhayət, onlar sənin yanından çıxdıqda, özlərinə elm verilmiş kimsələrə (istehza ilə) deyərlər: “O, bayaq nə deyirdi?” Onlar, Allahın, qəlblərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir. info
التفاسير:

external-link copy
17 : 47

وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ

Doğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər. info
التفاسير:

external-link copy
18 : 47

فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ

Yoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?! info
التفاسير:

external-link copy
19 : 47

فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ

(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir. info
التفاسير: