ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
57 : 39

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ

Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!” info
التفاسير:

external-link copy
58 : 39

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ

Yaxud da, əzabı gördüyü zaman deməsin: “Kaş, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!” info
التفاسير:

external-link copy
59 : 39

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ

Xeyr, Mənim ayələrim sənə gəldi, lakin sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. info
التفاسير:

external-link copy
60 : 39

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?! info
التفاسير:

external-link copy
61 : 39

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. info
التفاسير:

external-link copy
62 : 39

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ

Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır. info
التفاسير:

external-link copy
63 : 39

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

Göylərin və yerin açarları Ondadır. Allahın ayələrini inkar edənlər, məhz onlar ziyana uğrayanlardır! info
التفاسير:

external-link copy
64 : 39

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ

(Ey Peyğəmbər!) De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!” info
التفاسير:

external-link copy
65 : 39

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. info
التفاسير:

external-link copy
66 : 39

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ

Xeyir, sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!” info
التفاسير:

external-link copy
67 : 39

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ

Onlar Allahı layiqincə dəyərləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun ovcunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (müşriklərin Ona) şərik qoşduqlarından ucadır. info
التفاسير: