ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
48 : 39

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək. info
التفاسير:

external-link copy
49 : 39

فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

İnsana bir zərər toxunduğu zaman Bizə dua edər. Sonra Biz ona Özümüzdən bir nemət bəxş etdikdə: “Bu mənə yalnız (özümdə olan) elmə görə verilmişdir!”– deyər. Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu (bunu) bilməz. info
التفاسير:

external-link copy
50 : 39

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ

Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları (dünya malı və oğul-uşaq) onlara heç bir fayda vermədi. info
التفاسير:

external-link copy
51 : 39

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ

Onlar etdikləri pis əməllərin cəzasını aldılar. Bunlardan zalım olanlar da qazandıqları günahların cəzasını alacaqlar. Onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər. info
التفاسير:

external-link copy
52 : 39

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ

Məgər onlar bilmirlər ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini də) azaldır?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər vardır. info
التفاسير:

external-link copy
53 : 39

۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

(Ey Peyğəmbər! Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” info
التفاسير:

external-link copy
54 : 39

وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə dönün və Ona təslim olun. Sonra sizə heç bir kömək edilməz. info
التفاسير:

external-link copy
55 : 39

وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ

Əzab sizə özünüz də hiss etmədən, qəfil gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun! info
التفاسير:

external-link copy
56 : 39

أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ

(Sonra) kimsə deməsin: “Allaha qarşı etdiyim nöqsanlara görə vay mənim halıma! Həqiqətən, mən (iman və itaət əhlinə) istehza edənlərdən idim!” info
التفاسير: