ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
22 : 39

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ

Məgər Allahın, sinəsini (qəlbini) İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (qəlbi daşlaşmış kimsə ilə eyni ola bilərmi)?! Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar açıq-aydın azğınlıq içindədirlər. info
التفاسير:

external-link copy
23 : 39

ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ

Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab olaraq nazil etdi. Rəbbindən qorxanların Ondan (Quranın təhdidlərindən) dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın azdırdığı kimsəyə isə (doğru) yol göstərən olmaz. info
التفاسير:

external-link copy
24 : 39

أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ

Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kimsə (yaxud Cəhənnəm oduna üzüqoylu atılan kimsə möminlə eyni ola bilərmi)? Zalımlara: “Dadın, etdiyiniz əməllərin cəzasını!”– deyilər. info
التفاسير:

external-link copy
25 : 39

كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ

Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saydılar və buna görə əzab onlara gözləmədikləri yerdən gəldi. info
التفاسير:

external-link copy
26 : 39

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ

Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! info
التفاسير:

external-link copy
27 : 39

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb ibrət alarlar. info
التفاسير:

external-link copy
28 : 39

قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ

(Biz onlara) heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə (Allahdan) qorxsunlar. info
التفاسير:

external-link copy
29 : 39

ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi?! Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz. info
التفاسير:

external-link copy
30 : 39

إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ

(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! info
التفاسير:

external-link copy
31 : 39

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ

Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz. info
التفاسير: