Fassarar Ma'anonin Alqura'ni - Fassara da Azarbiyanci- Ali Khan Musayif

ən-Naziat

external-link copy
1 : 79

وَٱلنَّٰزِعَٰتِ غَرۡقٗا

And olsun (kafirlərin canını) şiddətlə çəkib çıxaranlara! info
التفاسير:

external-link copy
2 : 79

وَٱلنَّٰشِطَٰتِ نَشۡطٗا

And olsun (möminlərin canını) rahatlıqla alanlara! info
التفاسير:

external-link copy
3 : 79

وَٱلسَّٰبِحَٰتِ سَبۡحٗا

And olsun (Allahın əmri ilə göydən yerə) sürətlə üzənlərə! info
التفاسير:

external-link copy
4 : 79

فَٱلسَّٰبِقَٰتِ سَبۡقٗا

And olsun (Allahın əmrini əda etmək üçün bir-birini) ötdükcə ötənlərə! info
التفاسير:

external-link copy
5 : 79

فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرٗا

And olsun işi yerinə yetirənlərə! info
التفاسير:

external-link copy
6 : 79

يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ

O gün (sura ilk üfürülüş ilə) lərzəyə gələn titrəyəcək. info
التفاسير:

external-link copy
7 : 79

تَتۡبَعُهَا ٱلرَّادِفَةُ

Onun ardınca təkrar titrəyəcəkdir (Sur ikinci dəfə üfürüləcəkdir). info
التفاسير:

external-link copy
8 : 79

قُلُوبٞ يَوۡمَئِذٖ وَاجِفَةٌ

O gün qəlblər (qorxudan) tir-tir əsəcək. info
التفاسير:

external-link copy
9 : 79

أَبۡصَٰرُهَا خَٰشِعَةٞ

(O qəlb sahiblərinin) gözləri (qorxudan) zəlil bir görkəm alacaqdır. info
التفاسير:

external-link copy
10 : 79

يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ

Onlar deyərlər: “"Doğrudanmı biz (öldükdən sonra yenidən) əvvəlki halımıza qaytarılacağıq? info
التفاسير:

external-link copy
11 : 79

أَءِذَا كُنَّا عِظَٰمٗا نَّخِرَةٗ

Çürümüş sümüklər olduğumuzdan sonramı? info
التفاسير:

external-link copy
12 : 79

قَالُواْ تِلۡكَ إِذٗا كَرَّةٌ خَاسِرَةٞ

Onlar: “O zaman bu, ziyanlı bir qayıdışdır”– dedilər. info
التفاسير:

external-link copy
13 : 79

فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ

O (surun axırıncı dəfə üfürülməsi) təkcə qorxunc bir səsdir. info
التفاسير:

external-link copy
14 : 79

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

Onlar dərhal (qəbirlərindən) yerin səthinə çıxacaqlar. info
التفاسير:

external-link copy
15 : 79

هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

(Ey Peyğəmbər!) Musanın xəbəri sənə gəlib çatdımı? info
التفاسير:

external-link copy
16 : 79

إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى

O zaman Rəbbi ona müqəddəs Tuva vadisində (belə) nida etmişdi: info
التفاسير:

external-link copy
17 : 79

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ

“Fironun yanına get! Çünki o, həddi aşmışdır. info
التفاسير:

external-link copy
18 : 79

فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ

(Ona) de: “(Günahlardan) təmizlənmək istəyirsənmi? info
التفاسير:

external-link copy
19 : 79

وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ

Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?” info
التفاسير:

external-link copy
20 : 79

فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ

(Musa) ona ən böyük ayəni göstərdi. info
التفاسير:

external-link copy
21 : 79

فَكَذَّبَ وَعَصَىٰ

O isə (haqqı) yalan saydı və asi oldu. info
التفاسير:

external-link copy
22 : 79

ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ

Sonra da üz döndərib (tələsərək) getdi. info
التفاسير:

external-link copy
23 : 79

فَحَشَرَ فَنَادَىٰ

O, (camaatını) toplayıb (onlara) nida edərək: info
التفاسير:

external-link copy
24 : 79

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ

“Mən sizin ən uca Rəbbinizəm!”– dedi. info
التفاسير:

external-link copy
25 : 79

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ

(Beləliklə də) Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı. info
التفاسير:

external-link copy
26 : 79

إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ

Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət vardır. info
التفاسير:

external-link copy
27 : 79

ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Onu (Allah) bina etdi. info
التفاسير:

external-link copy
28 : 79

رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا

Onun tavanını yüksəltdi, düzəldib kamilləşdirdi. info
التفاسير:

external-link copy
29 : 79

وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا

Gecəsini qaranlıq edib, gündüzünü də nurlandırdı. info
التفاسير:

external-link copy
30 : 79

وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ

Bundan sonra yeri döşəyib (insanların orada yaşaması üçün onu yararlı bir hala gətirdi). info
التفاسير:

external-link copy
31 : 79

أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا

Ondan suyunu və otlağını çıxartdı. info
التفاسير:

external-link copy
32 : 79

وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا

Dağları da (yerə) bərkitdi. info
التفاسير:

external-link copy
33 : 79

مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

Sizin və heyvanlarınızın faydalanması üçün. info
التفاسير:

external-link copy
34 : 79

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ

Ən böyük fəlakət (Qiyamət) gəldiyi zaman – info
التفاسير:

external-link copy
35 : 79

يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ

o gün insan etdiklərini xatırlayacaqdır. info
التفاسير:

external-link copy
36 : 79

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ

Cəhənnəm isə hər görənə göstəriləcəkdir. info
التفاسير:

external-link copy
37 : 79

فَأَمَّا مَن طَغَىٰ

Amma kim həddi aşıbsa, info
التفاسير:

external-link copy
38 : 79

وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

dünya həyatını (axirətdən) üstün tutubsa, info
التفاسير:

external-link copy
39 : 79

فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ

şübhəsiz ki, Cəhənnəm onun məskənidir. info
التفاسير:

external-link copy
40 : 79

وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ

Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxubsa və nəfsə istəyini yasaq edibsə, info
التفاسير:

external-link copy
41 : 79

فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ

şübhəsiz ki, Cənnət onun məskənidir. info
التفاسير:

external-link copy
42 : 79

يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا

(Ey Peyğəmbər!) Səndən Qiyamətin nə zaman qopacağı barəsində soruşurlar. info
التفاسير:

external-link copy
43 : 79

فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ

Sən onu haradan biləsən?! info
التفاسير:

external-link copy
44 : 79

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ

Onu kamil bilmək Rəbbinə aiddir. info
التفاسير:

external-link copy
45 : 79

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا

Sən yalnız ondan (Qiyamətdən) qorxanı xəbərdar edənsən. info
التفاسير:

external-link copy
46 : 79

كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا

Onlar Qiyaməti gördükləri gün (dünyada) sanki bir axşam yaxud bir səhər qaldıqlarını güman edəcəklər! info
التفاسير: