Fassarar Ma'anonin Alqura'ni - Fassara da Azarbiyanci- Ali Khan Musayif

ət-Təhrim

external-link copy
1 : 66

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?! Allah Bağışlayandır, Rəhmlidir. info
التفاسير:

external-link copy
2 : 66

قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ

Allah, andlarınızı (kəffarə verməklə) pozmağı sizə izin vermişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Hikmət sahibidir. info
التفاسير:

external-link copy
3 : 66

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ

Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi. info
التفاسير:

external-link copy
4 : 66

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ

(Ey Hafsa və Aişə!) Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi (günaha) meyl etmişdir. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və saleh möminlər onun (dostu və) yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. info
التفاسير:

external-link copy
5 : 66

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا

Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli, müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul və bakirə zövcələr nəsib etsin. info
التفاسير:

external-link copy
6 : 66

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارٗا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَٰٓئِكَةٌ غِلَاظٞ شِدَادٞ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və sərt təbiətli mələklər vardır. info
التفاسير:

external-link copy
7 : 66

يَٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ

Ey kafir olanlar! Bu gün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz! info
التفاسير: