Fassarar Ma'anonin Alqura'ni - Fassara da Azarbiyanci- Ali Khan Musayif

əl-Əhqaf

external-link copy
1 : 46

حمٓ

Hə. Mim. info
التفاسير:

external-link copy
2 : 46

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir. info
التفاسير:

external-link copy
3 : 46

مَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۚ وَٱلَّذِينَ كَفَرُواْ عَمَّآ أُنذِرُواْ مُعۡرِضُونَ

Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. info
التفاسير:

external-link copy
4 : 46

قُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ

(Ey Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyimi var?! Əgər doğru danışanlarsınızsa, mənə bundan (Qurandan) əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”. info
التفاسير:

external-link copy
5 : 46

وَمَنۡ أَضَلُّ مِمَّن يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسۡتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ وَهُمۡ عَن دُعَآئِهِمۡ غَٰفِلُونَ

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə dua edən kimsədən daha çox azmış kim ola bilər?! Halbuki bütlər onların dualarından qafildirlər. info
التفاسير: