Fassarar Ma'anonin Alqura'ni - Fassara da Azarbiyanci- Ali Khan Musayif

Lambar shafi:close

external-link copy
61 : 26

فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ

İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər. info
التفاسير:

external-link copy
62 : 26

قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ

(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” info
التفاسير:

external-link copy
63 : 26

فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ

Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu. info
التفاسير:

external-link copy
64 : 26

وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ

O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq. info
التفاسير:

external-link copy
65 : 26

وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ

Musa və onunla birlikdə olanların hamısını xilas etdik. info
التفاسير:

external-link copy
66 : 26

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ

O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik. info
التفاسير:

external-link copy
67 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. info
التفاسير:

external-link copy
68 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
69 : 26

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ

Onlara İbrahimin əhvalatını da oxu. info
التفاسير:

external-link copy
70 : 26

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ

Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi. info
التفاسير:

external-link copy
71 : 26

قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ

Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər. info
التفاسير:

external-link copy
72 : 26

قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ

O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi? info
التفاسير:

external-link copy
73 : 26

أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ

Yaxud sizə xeyir və ya zərər verirlərmi?” info
التفاسير:

external-link copy
74 : 26

قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ

Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər. info
التفاسير:

external-link copy
75 : 26

قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ

O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü – info
التفاسير:

external-link copy
76 : 26

أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ

həm siz, həm də ulu babalarınız? info
التفاسير:

external-link copy
77 : 26

فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ

Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. info
التفاسير:

external-link copy
78 : 26

ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ

(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir; info
التفاسير:

external-link copy
79 : 26

وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ

(O Rəbb ki,) məni yedirdir və içirdir; info
التفاسير:

external-link copy
80 : 26

وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ

(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir; info
التفاسير:

external-link copy
81 : 26

وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ

(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir; info
التفاسير:

external-link copy
82 : 26

وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ

(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. info
التفاسير:

external-link copy
83 : 26

رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ

Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! info
التفاسير: