Fassarar Ma'anonin Alqura'ni - Fassara da Azarbiyanci- Ali Khan Musayif

Lambar shafi:close

external-link copy
102 : 21

لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ

Onlar onun (Cəhənnəmin) xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar. info
التفاسير:

external-link copy
103 : 21

لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ

Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər. info
التفاسير:

external-link copy
104 : 21

يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ

O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik. info
التفاسير:

external-link copy
105 : 21

وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّٰلِحُونَ

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) Zəburda da yer üzünə Mənim əməlisaleh qullarımın varis olacaqlarını yazmışdıq. info
التفاسير:

external-link copy
106 : 21

إِنَّ فِي هَٰذَا لَبَلَٰغٗا لِّقَوۡمٍ عَٰبِدِينَ

Həqiqətən, bunda ibadət edən bir qövm üçün bir bildiriş vardır. info
التفاسير:

external-link copy
107 : 21

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ

Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. info
التفاسير:

external-link copy
108 : 21

قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ

De: “Mənə, ilahınızın yalnız tək bir İlah olduğu vəhy olunur. Siz müsəlman olacaqsınızmı?” info
التفاسير:

external-link copy
109 : 21

فَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ

Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. info
التفاسير:

external-link copy
110 : 21

إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ

Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. info
التفاسير:

external-link copy
111 : 21

وَإِنۡ أَدۡرِي لَعَلَّهُۥ فِتۡنَةٞ لَّكُمۡ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ

Bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən vaxta qədər (bu dünyada) faydalanmağınız üçündür”. info
التفاسير:

external-link copy
112 : 21

قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

(Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. info
التفاسير: