Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma.

əl-Fəcr

daga cikin abunda Surar ta kunsa:
بيان عاقبة الطغاة، والحكمة من الابتلاء، والتذكير بالآخرة.
Həddi aşmış azğınların aqibətini və imtahan olunmağın hikmətini bəyan etmək, üstəlik, axirəti xatırlatmaq. info

external-link copy
1 : 89

وَٱلۡفَجۡرِ

Pak və müqəddəs Allah dan yerinə and içir. info
التفاسير:

external-link copy
2 : 89

وَلَيَالٍ عَشۡرٖ

O, həmçinin, zilhiccə ayının ilk on gecəsinə and içir. info
التفاسير:

external-link copy
3 : 89

وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ

Habelə, əşyalardan cüt və tək olanlara and içir. info
التفاسير:

external-link copy
4 : 89

وَٱلَّيۡلِ إِذَا يَسۡرِ

Eləcə də, gəlib, davam edib və keçib getməkdə olan gecəyə and içir. Bu andların cavabı belədir: Siz əməllərinizin əvəzini mütləq alacaqsınız. info
التفاسير:

external-link copy
5 : 89

هَلۡ فِي ذَٰلِكَ قَسَمٞ لِّذِي حِجۡرٍ

Məgər bu andlar ağıl sahibini qane etmirmi?! info
التفاسير:

external-link copy
6 : 89

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

Ey Peyğəmbər! Hud peyğəmbərin qövmü Ad tayfası öz peyğəmbərini yalançı saydığı zaman Rəbbinin onlara nələr etdiyini görmədinmi?! info
التفاسير:

external-link copy
7 : 89

إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ

Bu, Ad tayfasının babası uzunboy İrəmə mənsub edilən qəbilədir. info
التفاسير:

external-link copy
8 : 89

ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ

Allah yer üzündə onlara bənzərini xəlq etməmişdir. info
التفاسير:

external-link copy
9 : 89

وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ

Rəbbinin Saleh qövmünə - səmudlulara nələr etdiyini görmədinmi?! Onlar dağlardakı qayaları yarıb orada özləri üçün evlər düzəldirdilər. info
التفاسير:

external-link copy
10 : 89

وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ

Rəbbinin Firona nələr etdiyini görmədinmi?! O Firon ki, onun sütunları var idi və o, insanları bu sütunlara bağlayıb onlara əzab verirdi. info
التفاسير:

external-link copy
11 : 89

ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ

Bunların hamısı qəddarlıqda və zülm etməkdə həddi aşmışdılar. Hər bir öz ölkəsində zülm edirdi. info
التفاسير:

external-link copy
12 : 89

فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ

Orada küfr və asilikləri yaymaqla fəsad törədirdilər. info
التفاسير:

external-link copy
13 : 89

فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ

Rəbbin onlara Öz şiddətli əzabını daddırdı və onları yer üzündən sildi. info
التفاسير:

external-link copy
14 : 89

إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, insanların əməllərinə göz qoyur və nəzarət edir ki, yaxşı işlər görənləri Cənnətlə mükafatlandırsın, pis işlər görənləri də, Cəhənnəm odu ilə cəzalandırsın! info
التفاسير:

external-link copy
15 : 89

فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ

İnsana gəlincə, onun xasiyyətidir ki, Rəbbi onu imtahana çəkib ona ehtiram göstərdikdə və ona mal-dövlət, övlad və yüksək məqam bəxş etdikdə, özünün Allah yanında hörməti olduğunu zənn edib deyər: "Mən Rəbbimin ehtiramına layiq olduğum üçün O mənə ehtiram göstərdi". info
التفاسير:

external-link copy
16 : 89

وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ

Lakin onu imtahana çəkib ruzisini azaltdıqda, Rəbbinin onu hörmətdən saldığını zənn edib deyər: "Rəbbim məni alçaltdı". info
التفاسير:

external-link copy
17 : 89

كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ

Xeyr, bu heç də insanın təsəvvür etdiyi kimi deyil, yəni insana nemətlərin bəxş edilməsi, Allahın ondan razı qalması demək deyil, eləcə də, onun fəlakətə uğraması, Rəbbi yanında alçalması deyil. Əksinə, həqiqət budur ki, siz, Allahın sizə verdiyi ruzidən yetimə vermirsiniz. info
التفاسير:

external-link copy
18 : 89

وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

Gündəlik yemək tapa bilməyən fəqiri yedirtməyə bir-birinizi təhrik etmirsiniz. info
التفاسير:

external-link copy
19 : 89

وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلٗا لَّمّٗا

Zəiflərin, qadınların və yetimlərin haqlarını hərisliklə - onun halal və ya haram omasına varmadan yeyirsiniz. info
التفاسير:

external-link copy
20 : 89

وَتُحِبُّونَ ٱلۡمَالَ حُبّٗا جَمّٗا

Mal-dövləti də hərisliklə sevirsiniz və onu çox sevdiyinizə görə ondan Allah yolunda xərcləməyə xəsislik edirsiniz. info
التفاسير:

external-link copy
21 : 89

كَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكّٗا دَكّٗا

Sizin belə etməyiniz yalnışdir. Siz yerin şiddətlə titrəyib lərzəyə gələcəyi vaxtı xatırlayın. info
التفاسير:

external-link copy
22 : 89

وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفّٗا صَفّٗا

Ey Peyğəmbər! Rəbbin Öz qulları arasında hökm vermək üçün gələcək, mələklər də gəlib səf-səf duracaqlar. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• فضل عشر ذي الحجة على أيام السنة.
Zilhiccə ayının (ilk) on gününün ilin digər günlərindən fəzilətli olması. info

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
Qiyamət günü Uca Allahın Özünə layiq tərzdə - (heç nəyə və heç kəsə) oxşamadığı və bənzəmədiyi halda, həqiqi mənada gəlməsinin isbatı. info

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
Mömin kimsə sınağa çəkildikdə səbir edər, özünə nemət bəxş edildikdə də, şükür edər. info

external-link copy
23 : 89

وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ

O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür. info
التفاسير:

external-link copy
24 : 89

يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي

Beləsi çox peşman olub deyəcək: "Kaş bu həqiqi həyat - axirət həyatım üçün əvvəlcədən yaxşı əməllər etməklə hazırlıq görəydim". info
التفاسير:

external-link copy
25 : 89

فَيَوۡمَئِذٖ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٞ

O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz. Çünki Allahın əzabı daha şiddətli və daha sürəklidir. info
التفاسير:

external-link copy
26 : 89

وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٞ

Heç kəs Allahın kafirləri zəncirlərə buxovladığı kimi buxovlaya bilməz. info
التفاسير:

external-link copy
27 : 89

يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ

Mömin kimsəyə isə həm ölüm anında həm də qiyamət günü belə deyiləcək: "Ey imanına və saleh əməllərinə arxayın olan nəfs! info
التفاسير:

external-link copy
28 : 89

ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةٗ مَّرۡضِيَّةٗ

Böyük mükafata nail oduğuna görə razı qalmış və etdiyin saleh əməllər sayəsində pak və müqəddəs Rəbbinin yanında razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! info
التفاسير:

external-link copy
29 : 89

فَٱدۡخُلِي فِي عِبَٰدِي

Məmin əməlisaleh qullarımın zümrəsinə daxil ol! info
التفاسير:

external-link copy
30 : 89

وَٱدۡخُلِي جَنَّتِي

Əməlisaleh qullarımla bərabər onlar üçün hazırladığım Cənnətimə daxil ol! info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
Kölə azad etmək, ehtiyaclı olan kəslərə çətin vaxtda yemək vermək, Allaha iman gətirmək, bir-birinə səbirli olmağı və bir-birinə mərhəmət göstərməyi tövsiyə etmək, Cənnətə girmək üçün səbəblərdir. info

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
Uca Allahın, vaxtı çatanda günün bir hissəsində Məkkəni Muhəmmədə (səllallahu aleyhi və səlləm) halal ediləcəyi barədə xəbər verməsi, peyğəmbərlik möcüzələrindəndir. info

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
Allah kölə etmə yollarını daraltdıqda, kölə azad etmə yollarını genişləndirdi, beləliklə də, kölə azad etməyi, Allaha yaxınlaşdıran və günahları silib aparan əməllərdən biri etdi. info