Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma.

Lambar shafi:close

external-link copy
38 : 4

وَٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ وَمَن يَكُنِ ٱلشَّيۡطَٰنُ لَهُۥ قَرِينٗا فَسَآءَ قَرِينٗا

Biz həmçinin, öz mal­la­rını Allaha və axirət gününə inanmadıqları bir halda in­san­lara göstərmək və insanlar onları tərif etmək məq­sədi­lə xərcləyən kimsələr üçün əzab hazırlamışıq. Biz, belə kimsələr üçün rüsvay edici bir əzab hazırlamışıq. Onları yalnız şey­tana uymaq azdırdı. Şeytan kimin ayrılmaz dos­tu­ olarsa, o, necə də pis dostdur! info
التفاسير:

external-link copy
39 : 4

وَمَاذَا عَلَيۡهِمۡ لَوۡ ءَامَنُواْ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُۚ وَكَانَ ٱللَّهُ بِهِمۡ عَلِيمًا

Əgər onlar həqiqi mənada Allaha və axi­­rət gü­nünə iman gətirib, mallarını Allahın sevib və razı qaldığı işlərə xərcləsəydilər bu onlara nə zərər verərdi ki?! Əksinə, bütün xeyir elə bundadır. Allah onların hər bir işini bi­ləndir. Onların əməlləri Allahdan gizli qalmaz və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.
info
التفاسير:

external-link copy
40 : 4

إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا

Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördü­yü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər. info
التفاسير:

external-link copy
41 : 4

فَكَيۡفَ إِذَا جِئۡنَا مِن كُلِّ أُمَّةِۭ بِشَهِيدٖ وَجِئۡنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدٗا

Ey Peyğəmbər! Qiyamət günü biz hər ümmətin peyğəmbərini onların etdikləri əməllərə şahid gə­ti­rdikdə, səni də, öz ümmətinə şa­hid gətirdikdə insanların halı necə ola­caq?! info
التفاسير:

external-link copy
42 : 4

يَوۡمَئِذٖ يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ ٱلرَّسُولَ لَوۡ تُسَوَّىٰ بِهِمُ ٱلۡأَرۡضُ وَلَا يَكۡتُمُونَ ٱللَّهَ حَدِيثٗا

Allaha küfr edib Onun peyğəmbərinə - səllallahu aleyhi və səlləm - asi olan­lar o əzəmətli gündə torpaq olub, yerlə bərabər olmalarını təmənna edə­r və etdikləri əməllərdən heç bir şeyi Allahdan giz­lədə bilməzələr. Çünki Allah, o gün onların ağızlarına möhürləyər, danışa bilməzlər və Allah onların əzalarına izin verər, əzaları onların etdikləri əməllərə şahidlik edərlər. info
التفاسير:

external-link copy
43 : 4

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sər­xoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anla­ya­na qə­dər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda nama­za yaxın­ durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənə­dək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah bacarmadığınız şeyləri əfv edən­­dir, sizə qarşı bağış­la­yan­dır. info
التفاسير:

external-link copy
44 : 4

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يَشۡتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ ٱلسَّبِيلَ

Ey Peyğəmbər! Məgər Allahın Tövrat vasitəsi ilə özlərinə elmdən pay ve­rilmiş yəhudilərin haqqı azğınlıqla dəyişdiklərini bilmirsənmi?! Ey Möminlər! Onlar sizi, Peyğəmbərin gətirdiyi düzgün yoldan azdırıb, öz əyri yolları ilə getmənizə hərisdirlər! info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• من كمال عدله تعالى وتمام رحمته أنه لا يظلم عباده شيئًا مهما كان قليلًا، ويتفضل عليهم بمضاعفة حسناتهم.
• Allah qullarına qarşı zərrə qədər zülüm etməməsi və Öz lütfü ilə onların savablarını artırması, uca Allahın qullarına olan ədalətini kamilliyindən və rəhmətinin tamamlığındandır. info

• من شدة هول يوم القيامة وعظم ما ينتظر الكافر يتمنى أن يكون ترابًا.
• Kafir kəs, Qiyamət gününün şiddətindən və onu gözləyən əzabın dəhşətindən xilas olmaq üçün torpaq olmağı təmənna edəcək. info

• الجنابة تمنع من الصلاة والبقاء في المسجد، ولا بأس من المرور به دون مُكْث فيه.
• Cənabət halı, namaz qılmaqa və məsciddə qalmağa mane olur. Amma cənabətli halda məcsiddə dayanmadan keçmək isə caizdir. info

• تيسير الله على عباده بمشروعية التيمم عند فقد الماء أو عدم القدرة على استعماله.
• Su tapmadıqda və ya sudan istifadə etməyə qadir olmadıqda torpaqla təyəmmüm etməyin qanun olması, Allahın qullarına olan yüngülləşdirdiyi hökmdür. info