Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev.

Səhifənin rəqəmi:close

external-link copy
14 : 72

وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا

Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) azanlar da. Müsəlman olanlar doğru yolu axtaranlardır. info
التفاسير:

external-link copy
15 : 72

وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا

(Doğru yoldan) azanlar Cəhənnəm üçün odun olacaqlar”. info
التفاسير:

external-link copy
16 : 72

وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا

Əgər onlar (Məkkə müşrikləri) o yolda sabit olsaydılar, Biz onlara bol-bol su verərdik. info
التفاسير:

external-link copy
17 : 72

لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا

Onları bununla (bu nemətlə) imtahana çəkmək üçün etdik. Kim Rəbbinin zikrindən üz döndərərsə, (Allah) onu məşəqqətli bir əzaba məruz qoyar. info
التفاسير:

external-link copy
18 : 72

وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا

Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin! info
التفاسير:

external-link copy
19 : 72

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا

Allahın qulu (Muhamməd) Allaha ibadət etmək üçün (namaz qılmağa) qalxdıqda (cinlər Quranı dinləmək üçün) az qala onun ətrafında bir-birinə üstünə topalaşırdılar. info
التفاسير:

external-link copy
20 : 72

قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا

(Ey Peyğəmbər!) De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!” info
التفاسير:

external-link copy
21 : 72

قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا

De: “Mən sizə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm!” info
التفاسير:

external-link copy
22 : 72

قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا

De: “Məni Allahdan (Allahın əzabından) heç kəs xilas edə bilməz və mən Ondan başqa bir sığınacaq tapa bilmərəm! info
التفاسير:

external-link copy
23 : 72

إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا

(Edə biləcəyim) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu vardır”. info
التفاسير:

external-link copy
24 : 72

حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا

Onlar özlərinə vəd olunduqlarını (Qiyamət əzabını) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər. info
التفاسير:

external-link copy
25 : 72

قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا

De: “Mən sizə vəd olunanın (Qiyamətin) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm. info
التفاسير:

external-link copy
26 : 72

عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا

O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz; info
التفاسير:

external-link copy
27 : 72

إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا

yalnız razı qaldığı elçidən başqa. Allah onun önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyur ki, info
التفاسير:

external-link copy
28 : 72

لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا

(Peyğəmbərlərinin), Rəbbinin göndərdiklərini (necə) təbliğ etdiyini bilsin. Allah onların etdiklərini ehtiva etmişdir və hər şeyi ayrı-ayrılıqda hesaba almışdır”. info
التفاسير: