Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev.

Ğafir

external-link copy
1 : 40

حمٓ

Hə. Mim. info
التفاسير:

external-link copy
2 : 40

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ

Kitabın nazil edilməsi Qüdrət sahibi olan, (hər şeyi) Bilən Allah tərəfindəndir. info
التفاسير:

external-link copy
3 : 40

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ

Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan (Allahdandır)! Ondan başqa (ibadətə layiq) ilah yoxdur. Dönüş də Onadır. info
التفاسير:

external-link copy
4 : 40

مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ

Allahın ayələri barəsində yalnız kafirlər mücadilə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. info
التفاسير:

external-link copy
5 : 40

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ

Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da (elçiləri) yalançı saydılar. Hər ümmət öz elçisini yaxalamağa (öldürməyə)
cəhd göstərdi. Onlar haqqın yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə etdilər. Odur ki, Mən onları (əzabla) yaxaladım. (Görəydin) Mənim cəzam necə oldu!
info
التفاسير:

external-link copy
6 : 40

وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ

Beləliklə kafirlərin Cəhənnəm əhli olacağı barədə Rəbbinin sözü gerçəkləşdi. info
التفاسير:

external-link copy
7 : 40

ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ

Ərşi daşıyanlar və onun ətrafındakılar Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları Cəhənnəm əzabından qoru! info
التفاسير: