Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev.

Ya sin

external-link copy
1 : 36

يسٓ

Ya. Sin. info
التفاسير:

external-link copy
2 : 36

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ

And olsun hikmətli Qurana! info
التفاسير:

external-link copy
3 : 36

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ

Həqiqətən, sən göndərilmiş elçilərdənsən, info
التفاسير:

external-link copy
4 : 36

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

doğru yoldasan. info
التفاسير:

external-link copy
5 : 36

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ

(Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki, info
التفاسير:

external-link copy
6 : 36

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ

ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir qövmü xəbərdar edəsən. info
التفاسير:

external-link copy
7 : 36

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ

Artıq əksəriyyətinin iman gətirməyəcəyinə dair söz gerçəkləşdi. info
التفاسير:

external-link copy
8 : 36

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ

Biz onların boyunlarına dəmir həlqələr keçirdik. Bu həlqələr onların çənələrinə dirənmişdir. Odur ki, başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. info
التفاسير:

external-link copy
9 : 36

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ

Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görməzlər. info
التفاسير:

external-link copy
10 : 36

وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ

Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər. info
التفاسير:

external-link copy
11 : 36

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ

Sən ancaq Zikrə (Qurana) tabe olub Rəhmanı görmədən (Ondan) çəkinən kimsəni qorxuda bilərsən. Beləsini bağışlanma və gözəl bir mükafatla müjdələ. info
التفاسير:

external-link copy
12 : 36

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ

Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq. info
التفاسير: