Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev.

əş-Şuəra

external-link copy
1 : 26

طسٓمٓ

Ta. Sin. Mim. info
التفاسير:

external-link copy
2 : 26

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

Bunlar aydın Kitabın ayələridir. info
التفاسير:

external-link copy
3 : 26

لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ

Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən? info
التفاسير:

external-link copy
4 : 26

إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ

Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər. info
التفاسير:

external-link copy
5 : 26

وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ

Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. info
التفاسير:

external-link copy
6 : 26

فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir. info
التفاسير:

external-link copy
7 : 26

أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ

Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi? info
التفاسير:

external-link copy
8 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı. info
التفاسير:

external-link copy
9 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
10 : 26

وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ

Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün – info
التفاسير:

external-link copy
11 : 26

قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ

Firon qövmünün yanına! Onlar qorxmurlarmı?” info
التفاسير:

external-link copy
12 : 26

قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ

(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr, info
التفاسير:

external-link copy
13 : 26

وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ

(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər. info
التفاسير:

external-link copy
14 : 26

وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ

Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”. info
التفاسير:

external-link copy
15 : 26

قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ

(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik. info
التفاسير:

external-link copy
16 : 26

فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ

Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! info
التفاسير:

external-link copy
17 : 26

أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ

İsrail oğullarını bizimlə göndər!” info
التفاسير:

external-link copy
18 : 26

قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ

(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı? info
التفاسير:

external-link copy
19 : 26

وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ

Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!” info
التفاسير: