Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi.

Səhifənin rəqəmi:close

external-link copy
119 : 6

وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرٗا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ

Ey Möminlər! Allah, – zərurət, qadağan olunan şeyləri halallaşdırır, qaydasına əsasən, məcburiyyət qar­şısında zərurətdən yeyəcəyiniz şeylər istisna ol­maqla – tərk etməniz vacib olan ha­ram buyu­rulanları sizə bil­­dirdiyi halda, üstündə Allahın adı çəki­lənlərdən yeməyə sizə mane olan nədir? Şüb­həsiz ki, müşriklərin əksəriyyəti cahilliklərinə görə yalnış düşüncələri səbəbindən, Allahın haram etdiyi ölmüş heyvanı və s. haramları halal edirlər və Allahın halal etdiyi bə­hi­rəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), və­siləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamı (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) və s. heyvanları haram edərək özlərinə tabe olanları doğ­ru yol­dan uzaqlaşdırırlar. Ey Peyğəmbər! Həqiqə­tən, sə­nin Rəb­bin, Allahın hədlərini aşan­ları yaxşı tanıyır və onlar hədlərini aşdıqlarına görə Allah onların cəzalarını verəcəkdir. info
التفاسير:

external-link copy
120 : 6

وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ

Ey İnsanlar! Aşkarda da, gizli­ndə də günah etməkdən əl çəkin! Şübhə­siz ki, gizlində yaxud aşkar günah edənləri, Allah, etdik­ləri əməllərə görə cəza­lan­dıracaqdır. info
التفاسير:

external-link copy
121 : 6

وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٞۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ

Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çə­ki­lməmiş – "bismilləh" deyi­lib kə­­sil­mə­miş heyvan­lar­ın ətindən ye­məyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə si­zinlə mü­bahisə etmək üçün onlara vəsvəsə edir­lər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, söz­süz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız. info
التفاسير:

external-link copy
122 : 6

أَوَمَن كَانَ مَيۡتٗا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورٗا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٖ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ

Məgər Allah onu doğru yola yönəltməzdən əvvəl küfr, cəhalət və günahlar içərisinidə ölü ikən imana, elmə və itaətə yönəldərək dirilt­di­yi­miz şəxs zülmətlər, küfür, cəhalət və günahlar için­də qa­lıb, yolunu azmış, qaranlıqlar onu hər təfəfdən bürüyüb ora­dan çıxa bilməyən kimsə ilə eyni səviyyədə ola bi­lərmi?! Müşriklərə Allaha şərik qoşmağı, ölmüş heyvan ətindən yeməyi, batilə görə mübahisə etməyi gözəl­ləş­di­rildiyimiz kimi kafirlərə də qiyamət günü ağrıdıcı əzab verməyimiz üçün onlara etdikləri günah əməlləri be­ləcə gözəl­ləş­di­rildi. info
التفاسير:

external-link copy
123 : 6

وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ

Məkkədə müşriklərin başçıları insanları Allah yolundan döndərdikləri kimi, biz, hər bir diyarda şeytanın yoluna dəvətdə, elçilərə və onlara tabe olanlarla müharibə aparmaqda hiyləgər və məkrli əməllərini əsirgəməyən başçlar təyin etdik. Həqiqətdə isə onların etdikləri hiylə və məkrli əməllər ancaq elə özlərinə qayıtdı. Lakin onlar cahillikləri üzündən və həmçinin nəfslərinə tabe olduqlarına görə bunu hiss etmirlər. info
التفاسير:

external-link copy
124 : 6

وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٞ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٞ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ

Kafirlərin başçılarına Allah Öz peyğəmbərinə nazil etdiyi ayələrdən hər hansı bir ayə gəldik­də: "Alla­h elçilərinə peyğəmbərlik və risalə verdiyinin bən­zə­rini bizə də vermə­yincə biz iman gətirməyəcəyik"– de­di­lər. Allahda onlara risalətin kimə ve­rəcəyini və bunun məşəqqətinə kimin tab gətirə biləcəyini daha yaxşı bilib, peyğəmbərlik və risalə üçün müəyyən qullarından seçdiyini xəbər verərək cavab verdi. Həddlərini aşanlar haqqdan üz çevirdiklərinə görə zəlilliyə və alçağlıqa düçar olacaqlar, məkrli əməllərininə görə isə şid­dət­li əzab çə­kə­cəklər. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• الأصل في الأشياء والأطعمة الإباحة، وأنه إذا لم يرد الشرع بتحريم شيء منها فإنه باق على الإباحة.
• Əşyaların və yeməklərin əsli mübahdır. Əgər şəriətdə bunlardan hər hansı birinin haram olması barədə dəlil varid olmayıbsa, beləliklə də o, mübah olaraq qalmaqdadır. info

• كل من تكلم في الدين بما لا يعلمه، أو دعا الناس إلى شيء لا يعلم أنه حق أو باطل، فهو معتدٍ ظالم لنفسه وللناس، وكذلك كل من أفتى وليس هو بكفء للإفتاء.
• Din barədə elmsiz danışan hər bir kəs yaxud insanları, nəyin haqq və ya batil olduğunun bilmədiyi şeyə çağıran və həmçinin fətva vermək səlahiyyətinə malik olmadığı halda insanlara fətva verən kimsə, həm öz nəfsinə qarşı, həm də ki, insanlara qarşı həddi aşan zülüm edən kimsədir. info

• منفعة المؤمن ليست مقتصرة على نفسه، بل مُتَعدِّية لغيره من الناس.
• Möminin xeyirli bir iş görməsi yalnız tək özü üçün faydalı deyil, əksinə, başqa insanlar üçün də faydalıdır. info