Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi.

əl-Vaqiə

Surənin məqsədlərindən:
بيان أحوال العباد يوم المعاد.
Qulların dirilmə günü olan halının bəyan edilməsi. info

external-link copy
1 : 56

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ

Qiyamət, həqiqətən də, qopacaqdır. Bunda şübhə ola bilməz. info
التفاسير:

external-link copy
2 : 56

لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ

Həmin vaxt heç kəs dünya olduğu kimi onun qopduğunu yalan saya bilməz. info
التفاسير:

external-link copy
3 : 56

خَافِضَةٞ رَّافِعَةٌ

O, kafirləri və günahkarları Cəhənnəm oduna daxil etməklə alçaldacaq, möminləri və müttəqiləri isə Cənnətə daxil etməklə ucaldacaqdır. info
التفاسير:

external-link copy
4 : 56

إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا

Yer çox möhkəm titrəyişlə titrədiyi za­man, info
التفاسير:

external-link copy
5 : 56

وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا

Dağlar tikə-tikə olub ovxalan­dığı zaman, info
التفاسير:

external-link copy
6 : 56

فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا

Dağlar parça-parça olub, bir yerdə sabit qalmayan toza çevriləcəyi zaman, info
التفاسير:

external-link copy
7 : 56

وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ

Ey insanlar! O gün siz üç zümrəyə ayrılacaq­sınız. info
التفاسير:

external-link copy
8 : 56

فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

Öz kitablarını sağ əlləri ilə götürəcək sağ tərəf sahibləri. Onların yeri necə uca və necə də əzəmətlidir! info
التفاسير:

external-link copy
9 : 56

وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

Öz kitablarını sol əlləri ilə götürəcək sol tərəf sahibləri. Onların yeri necə alçaq və necə də pisdir! info
التفاسير:

external-link copy
10 : 56

وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ

Dünyada xeyirxah işlərdə öndə ge­dənlər, axirətdə Cən­nətə daxil olma xüsusunda da öndə olacaqlar! info
التفاسير:

external-link copy
11 : 56

أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ

Onlar Allaha yaxın olan­lar, info
التفاسير:

external-link copy
12 : 56

فِي جَنَّٰتِ ٱلنَّعِيمِ

Nəim cən­nətlərində qala­caq və orada cürbəcür nemətlərdən istifadə edəcək kimsələrdir. info
التفاسير:

external-link copy
13 : 56

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

Onların bir qismi bu ümmətdən, qalanı da əvvəlki ümmətlərdən, info
التفاسير:

external-link copy
14 : 56

وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ

Axır zamanda olan insanların az bir qismi öndə gedənlərdən və yaxın olanlardan olacaqlar.
info
التفاسير:

external-link copy
15 : 56

عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ

Onlar qızılla toxunmuş taxtlar üstündə info
التفاسير:

external-link copy
16 : 56

مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ

O taxtlar üzərində qarşı-qarşıya əyləşib dir­səklənə­cək və onlardan heç biri arxasını qarşısında əyləşənə çevirməyəcəkdir. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
Pak və müqəddəs Allahın nemətlərini və ayələrini davamlı şəkildə xatırlamaq, Allahı uca tutmağı və gözəl tərzdə Ona ibadət və itaət etməyi vacib edir. info

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
Kafirlər öz gözləri ilə qiyamətin qopacağını gördükdə artıq onu yalan saya bilməyəcəklər. info

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
Cənnət əhlinin əməllərinin fərqli olduğuna görə, Cənnətdəki dərəcələrinin fərqli olması. info

external-link copy
17 : 56

يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ

Onlara xidmət etmək üçün ətraflarında həmi­şəcavan və ölməz xidmətçi oğlanlar dolanacaqlar. info
التفاسير:

external-link copy
18 : 56

بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ

O xidmətçilər Cənnətdə daim axan çeşmə şərabı ilə dolu qulpsuz ba­dələr, qulplu bar­daqlar və qədəhlərlə ətraflarında dolanarlar. info
التفاسير:

external-link copy
19 : 56

لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ

Bu şərab dünyadakı şəraba bənzəmir, onu içdikdə nə başağrı verər, nə də ağılı aparar, info
التفاسير:

external-link copy
20 : 56

وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ

O xidmətçilər Cənnət əhlinin ətrafınd onların bəyənib seçdikləri mey­vələrlə dolanarlar. info
التفاسير:

external-link copy
21 : 56

وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ

Və nəfslərinin istədiyi quş əti ilə onların ətraflarında dolanacaqlar. info
التفاسير:

external-link copy
22 : 56

وَحُورٌ عِينٞ

Onlar üçün Cənnətdə yaraşıqlı iri gözlü hurilər də vardır. info
التفاسير:

external-link copy
23 : 56

كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ

Sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. info
التفاسير:

external-link copy
24 : 56

جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

Bu, onların dünyada etdikləri saleh əməl­lərin mü­kafatı olacaqdır. info
التفاسير:

external-link copy
25 : 56

لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا

Onlar Cənnətdə nə pis bir kəlam, nə də sahibini günaha batıran bir söz eşidəcəklər. info
التفاسير:

external-link copy
26 : 56

إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا

Onlar Cənnətdə yalnız mələklərin onları salamlamasını və bir də bir-birilərinə verdikləri salamı eşidəcəklər. info
التفاسير:

external-link copy
27 : 56

وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ

Kitabları sağ əllərinə veriləcək sağ tərəf sahibləri necə də yüksək məqam sahibləri və Allah yanında şərəfli olan kimsələrdir.
info
التفاسير:

external-link copy
28 : 56

فِي سِدۡرٖ مَّخۡضُودٖ

Onlar tikansız, insana əziyyət verməyən sidr ağac­ları arasın­da, info
التفاسير:

external-link copy
29 : 56

وَطَلۡحٖ مَّنضُودٖ

Habelə, meyvələri bir-birinin üstündə yerləşən salxım-salxım asılmış banan ağacları arasında, info
التفاسير:

external-link copy
30 : 56

وَظِلّٖ مَّمۡدُودٖ

Uzanan və heç vaxt yox olmayan kölgəliklərdə, info
التفاسير:

external-link copy
31 : 56

وَمَآءٖ مَّسۡكُوبٖ

Davamlı şəkildə axan sular kəna­rın­da, info
التفاسير:

external-link copy
32 : 56

وَفَٰكِهَةٖ كَثِيرَةٖ

Saymaqla bitməyən, çoxlu meyvələr, info
التفاسير:

external-link copy
33 : 56

لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ

Heç vaxt tükənməyən, mövsümə bağlı olmayana və dərmək istədikləri vaxt özlərinə qadağan edilməyən meyvələr içində, info
التفاسير:

external-link copy
34 : 56

وَفُرُشٖ مَّرۡفُوعَةٍ

Və taxtlar üzərinə qoyulmuş hündür döşəklər üs­tündə ola­caqlar. info
التفاسير:

external-link copy
35 : 56

إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ

Biz bu zikir edilən Cənnət hurilərini xəyala gəlməyən, yeni bir bi­çimdə yaradacağıq. info
التفاسير:

external-link copy
36 : 56

فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا

Onları daha öncə heç kəsin toxunmamış bakirə qızlar edə­cəyik – info
التفاسير:

external-link copy
37 : 56

عُرُبًا أَتۡرَابٗا

Ərlərini sevən, həmya­şıd­lar. info
التفاسير:

external-link copy
38 : 56

لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ

Biz o huriləri sağ tərəf sahib­lə­ri üçün yaratmışıq. O kəslər ki, özlərinə xoşbəxt olacaqlarını bildirmək üçün sağ tərəfdən götürüləcəklər. info
التفاسير:

external-link copy
39 : 56

ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

Onlar əvvəlki peyğəmbərlərin ümmətlərindən olan bir toplumdur. info
التفاسير:

external-link copy
40 : 56

وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ

Bir qismi də Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümmətindən olan toplumdur. Bu toplum ümmətlərin sonuncusudur. info
التفاسير:

external-link copy
41 : 56

وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ

Kitabları sol əllərinə veriləcək sol tərəf sahiblərinin də halı və gedəcəkləri yer necə də pisdir.
info
التفاسير:

external-link copy
42 : 56

فِي سَمُومٖ وَحَمِيمٖ

Onlar çox isti külək və qaynar su içində, info
التفاسير:

external-link copy
43 : 56

وَظِلّٖ مِّن يَحۡمُومٖ

Qapqara tüstü kölgə­sin­də ola­caqlar. info
التفاسير:

external-link copy
44 : 56

لَّا بَارِدٖ وَلَا كَرِيمٍ

Bu tüstünün nə sərin havası var, nə də xoşa­gə­lən görkəmi. info
التفاسير:

external-link copy
45 : 56

إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ

Onlar bu əzaba düçar olmazdan əvvəl dünyada ikən cah-calal içində yaşayırdılar. Duyada onların öz nəfslərinin istəklərindən başqa qayğıları yox idi. info
التفاسير:

external-link copy
46 : 56

وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ

Onlar Allaha küfr etməkdə və Onu qoyub bütlərə tapınmaqda israr edirdilər. info
التفاسير:

external-link copy
47 : 56

وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

Və dirilməni inkar edib istehza edərək və ona inanmayaraq deyirdilər: “Məgər biz ölüb tor­paq və çürümüş sür-sümük olduqdan sonra yeni­dən diril­diləcəyikmi?! info
التفاسير:

external-link copy
48 : 56

أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ

Yaxud bizdən əvvəl ölüb getmiş atala­rı­mız diril­diləcəklərmi?” info
التفاسير:

external-link copy
49 : 56

قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ

Ey Peyğəmbər! Dirilməni inkar edən o kimsələrə de: “Şübhəsiz ki, əvvəl yaşamış insanlar da, sonra gələcək bütün nəsillərdə, info
التفاسير:

external-link copy
50 : 56

لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ

Qiyamət günü haqq-hesaba çəkilmək və etdikləri əməllərin əvəzini almaq üçün mütləq toplana­caq­lar. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• العمل الصالح سبب لنيل النعيم في الآخرة.
Saleh əməl axirət nemətlərinə nail olmaq üçün səbəbdir. info

• الترف والتنعم من أسباب الوقوع في المعاصي.
Dəbdəbəli həyat sürmək və nemətlər içində yaşamaq günahlara düşməyə səbəbdir. info

• خطر الإصرار على الذنب.
Günahlarda israrlı olmağın təhlükəsi. info

external-link copy
51 : 56

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ

Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, meyvələrin ən şərli və murdar olanıdır.
info
التفاسير:

external-link copy
52 : 56

لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ

Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, ən şər və murdar meyvədir.
info
التفاسير:

external-link copy
53 : 56

فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ

Boş qarnınızı o ağacın acı meyvəsi ilə dol­dura­caq­sınız, info
التفاسير:

external-link copy
54 : 56

فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ

Üstündən də olduqca hərarətli olan qaynar su içəcək­si­niz. info
التفاسير:

external-link copy
55 : 56

فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ

Siz onu susuzluq xəstəliyinə tutulmuş dəvənin çoxlu su içdiyi ki­mi çoxlu-çoxlu içəcəksiniz”. info
التفاسير:

external-link copy
56 : 56

هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ

Bu zikr edilən acı yemək və qaynar içki, haqq-hesab günü onlara veriləcək ziyafətdir. info
التفاسير:

external-link copy
57 : 56

نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

Ey haqqı yalan sayanlar! Siz yox ikən sizi Biz yaratdıq. Bəs nə üçün siz öldükdən sonra Bizim sizi di­rildəcəyimizi təsdiq etmirsiniz?! info
التفاسير:

external-link copy
58 : 56

أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

Ey insanlar! Qadınlarınızın uşaqlığına axıtdığınız mənini gördünüzmü?! info
التفاسير:

external-link copy
59 : 56

ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ

O mənini siz yaradırsınız, yox­sa onu yaradan Bizik?! info
التفاسير:

external-link copy
60 : 56

نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

Sizin aranızda ölümü Biz müəy­yən etdik. Sizlərdən hər kəsin əvvəlcədən müəyyən edilmiş əcəli vardır, o, nə qabağa keçər, nə də yubanar. Biz acizdə deyilik. info
التفاسير:

external-link copy
61 : 56

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapıl­maz. info
التفاسير:

external-link copy
62 : 56

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ

Siz artıq Bizim sizi ilk dəfə necə xəlq etdiyimizi bilirsi­niz. Bəs nə üçün sizi ilk dəfə yaradan Allahın, siz öldükdən sonra sizi yenidən diriltməyə qadirdir olduğunu düşünüb ibrət almırsınız?! info
التفاسير:

external-link copy
63 : 56

أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

Torpağa səpdiyiniz toxumu gördünüzmü?! info
التفاسير:

external-link copy
64 : 56

ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ

O toxumu siz bitirisiniz, yox­sa onu bitirən Bizik?! info
التفاسير:

external-link copy
65 : 56

لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

Əgər Biz istəsəydik, o əkin yetişib məhsul verdiyi zaman onu saman çöpünə döndərər, siz də onun nə kökə düşdüyünə heyrət edərdiniz, info
التفاسير:

external-link copy
66 : 56

إِنَّا لَمُغۡرَمُونَ

Və deyərdiniz: “Biz xərc qoyduğumuz işdə zi­ya­na uğra­maqla əzaba düçar olduq. info
التفاسير:

external-link copy
67 : 56

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

Xeyr, biz ruzidən məhrum olduq!” info
التفاسير:

external-link copy
68 : 56

أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ

Susadığınız zaman içdiyiniz suyu gördü­nüz­mü?! info
التفاسير:

external-link copy
69 : 56

ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ

Onu göydəki buluddan siz endi­rirsiniz, yoxsa onu endirən Bizik?! info
التفاسير:

external-link copy
70 : 56

لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ

Əgər istəsəydik, o suyu elə duzlu edərdik ki, o, nə içməyə, nə də suvarılmağa yaralı olardı. Bəs nə üçün Allahın sizə rəhmət olaraq şirin su endirdiyinə görə Ona şükür etmirsiniz?! info
التفاسير:

external-link copy
71 : 56

أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ

Öz mənfəətiniz üçün yandırdığınız odu gör­dünüzmü?! info
التفاسير:

external-link copy
72 : 56

ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ

Yandırdığınız ağacı siz yara­tdınız, yoxsa onu Biz sizə mərhəmət olaraq yaradırıq?! info
التفاسير:

external-link copy
73 : 56

نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ

Biz onu axirət odunu yada salmağınız və sizlərdən səfərə çıxan müsafirlərin istifa­dəsi üçün yarat­dıq. info
التفاسير:

external-link copy
74 : 56

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

Ey Peyğəmbər! Elə isə, əzəmətli Rəbbini Ona layiq olmayan sifətlərdən uzaq tutaq şəninə təriflər de! info
التفاسير:

external-link copy
75 : 56

۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

Uca Allah ulduzların batdığı və olduğu yer­lərə and içir. info
التفاسير:

external-link copy
76 : 56

وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

Kaş bu yerlərə and içməyin, onda olan dəlillərə və məhdud olmayan ibrətlərə görə, böyük bir and olduğunu biləy­di­niz. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
Məxluqatın yoxdan yaradılması, onların dirildiləcəyinin asan olmasına açıq-aşkar dəlalət edir. info

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
Yağışın yağması, yerdən bitkilərin çıxması, insanların oddan istifadə etməsi, bütün bunlar insanlardan Allaha şükür etməyi tələb edən nemətlərdir. Çünki Allah istədyi vaxt onları bu nemətlərdən məhrum etməyə qadirdir. info

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
Ulduzların yağış yağmasına təsir göstərdiyini etiqad etmək küfrdür və bu, cahiliyyət dövrünün adətlərindən biridir. info

external-link copy
77 : 56

إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ

Ey insanlar! Sizə oxunan bu Quran, içində əzəmətli faydalar olduğuna görə, həqiqətən də, ehtirama layiq olan dəyərli bir Qurandır. info
التفاسير:

external-link copy
78 : 56

فِي كِتَٰبٖ مَّكۡنُونٖ

İnsanların görmədiyi bir kitabda - Lövhi-məhfuzda qorunub saxlanan kitabdır. info
التفاسير:

external-link copy
79 : 56

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ

Ona ancaq günahlardan və eyiblərdən uzaq olan mələklər toxuna bilər. info
التفاسير:

external-link copy
80 : 56

تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

O, məxluqatın Rəbbi tərəfindən Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil edilmişdir! info
التفاسير:

external-link copy
81 : 56

أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ

Ey müşriklər! Siz bu kəlamı yalan sa­yırsınız, ona inanmırsınız?! info
التفاسير:

external-link copy
82 : 56

وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ

Allahın sizə verdiyi nemətlərə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz?! Yağışın yağmasını ulduzla əlaqələndirib: "Bizə filan və filan ulduz sayəsində yağış yağır" - deyirsiniz?! info
التفاسير:

external-link copy
83 : 56

فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ

Ruh hülquma yetişdiyi za­man, info
التفاسير:

external-link copy
84 : 56

وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ

Həmin vaxt siz önünüzdə can verən adama baxıb durursunuz. info
التفاسير:

external-link copy
85 : 56

وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ

Biz Öz elmimiz, qüdrətimiz və mələklərimizlə sizin ölünüzə sizdən daha yaxın olu­ruq, lakin siz o mələkləri gör­mür­sü­nüz. info
التفاسير:

external-link copy
86 : 56

فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ

Madam ki, siz iddianıza görə əməllərinizin əvəzini almaq üçün haqq-hesab olunmaya­caq­sınız - info
التفاسير:

external-link copy
87 : 56

تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

Əgər doğru danışanlarsı­nız, onda, ölünüzdən çıxan o ruhu geri qaytarın! Siz bunu bacara bilməzsiniz. info
التفاسير:

external-link copy
88 : 56

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ

Amma əgər o can verən adam, yaxşı işlər görməyə tələsən kimsələrdəndirsə, info
التفاسير:

external-link copy
89 : 56

فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ

Onda o, rahatlıq tapar və bundan sonra heç vaxt yorulmaz, üstəlik, gözəl ru­zi əldə edər və Nəim cənnətində nəfsi çəkdiyi hər bir nemətdən istifadə edər. info
التفاسير:

external-link copy
90 : 56

وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

Əgər ölən adam sağ tərəf sahib­lərin­dən­dirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir. info
التفاسير:

external-link copy
91 : 56

فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

Əgər ölən adam sağ tərəf sahib­lərin­dən­dirsə, belələrinin aqibətinə görə narahat olma, çünki onları salamatlıq və əmin-amanlıq gözləyir. info
التفاسير:

external-link copy
92 : 56

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

Yox əgər ölən adam Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyi risaləti yalan sayan­lar­dan və doğru yoldan azanlardandırsa, info
التفاسير:

external-link copy
93 : 56

فَنُزُلٞ مِّنۡ حَمِيمٖ

Ona veriləcək ziyafət, hərarəti olduqca şiddətli olan qaynar su olacaqdır, info
التفاسير:

external-link copy
94 : 56

وَتَصۡلِيَةُ جَحِيمٍ

Özü də Cəhənnəm odunda ya­nacaqdır. info
التفاسير:

external-link copy
95 : 56

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ

Ey Peyğəmbər! Bizim sənə anlatdığımız bu hadisələr, doğrudan da, təkzibolunmaz bir həqiqətdir. info
التفاسير:

external-link copy
96 : 56

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

Elə isə əzəmətli Rəbbinin adına təriflər de və Onun bütün eyib və nöqsanlardan uca tut! info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
Ölüm bihuşluğunun olduqca dəhşətli olması və insanın bunu dəf etməyə qadir olmaması. info

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
Əslində insan mələkləri görmür, yalnız müəyyən hikmətdən dolayı Allah istədikdə görə bilir. info

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
Allahın (əl-Əvvəl, əl-Axır, əz-Zahir, əl-Batin) adları, Onun əzəmətli olduğunu və zahiri və batini işləriə nəzarət etdiyini qəbul etməyi tələb edir. info