Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi.

external-link copy
79 : 5

كَانُواْ لَا يَتَنَاهَوۡنَ عَن مُّنكَرٖ فَعَلُوهُۚ لَبِئۡسَ مَا كَانُواْ يَفۡعَلُونَ

Onlar bir-birlərini etdik­lə­ri günahlardan çəkindir­mir­di­lər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların et­dikləri ne­cə də pis­dir! info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• ترك الأمر بالمعروف والنهي عن المنكر موجب لِلَّعْنِ والطرد من رحمة الله تعالى.
• Yaxşı işləri görməyi əmr edib, pis əməllərdən isə çəkindirməyi tərk etmək, Uca Allahın rəhmətindən qovulmağa və lənətə düçat olmağa səbəbdir. info

• من علامات الإيمان: الحب في الله والبغض في الله.
• İmanın əlamətlərindən biridə: Allah üçün sevmək və Allah üçün qəzəblənməkdir. info

• موالاة أعداء الله توجب غضب الله عز وجل على فاعلها.
• Allahın düşmənlərini dost tutmaq, İzzət və Cəlal sahibi olan Allahın bunu edən kimsəyə qəzəbilənməsinə səbəbdir. info

• شدة عداوة اليهود والمشركين لأهل الإسلام، وفي المقابل وجود طوائف من النصارى يدينون بالمودة للإسلام؛ لعلمهم أنه دين الحق.
• Yəhudilərin və müşriklərin İslam əhlinə qarşı düşmənçiliyi və bunun əksi olaraq nəsranilər arasında İslamın haqq din olduğunu bildikləri üçün İslama sevgi bəsləyən kimsələrində mövcudluğu. info