Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi.

əl-Əhzab

Surənin məqsədlərindən:
بيان عناية الله بنبيه صلى الله عليه وسلم، وحماية جنابه وأهل بيته.
Allahın Öz peyğəmbərinə -səllallahu aleyhi və səlləm- qayğı göstərməsi, habelə, onun yaxınlarını və əhli-beytini himayə etməsi. info

external-link copy
1 : 33

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Ey Peyğəmbər! Sən və səninlə birlikdə olanlar Allahın əmrlərini yerinə yetirib qadağan etdiklərindən çəkinərək təqva üzərində sabit qal və yalnız Allahdan qorx, ka­firlərə və münafiqlərə - onların nəfsinin istəklərinə itaət et­mə. Hə­qi­qətən Allah, ka­firlərin və münafiqlərin qurduğu hiylələri bilir və O, həm yaratmaq, həm də işləri idarə etməsində hikmət sahibidir. info
التفاسير:
Bu səhifədə olan ayələrdən faydalar:
• لا أحد أكبر من أن يُؤْمر بالمعروف ويُنْهى عن المنكر.
Yaxşılığı əmr edən və pislikdən çəkindirən kimsədən daha üstün olanı yoxdur. info

• رفع المؤاخذة بالخطأ عن هذه الأمة.
İslam ümmətinin etdiyi xətaya görə cəzalandırılmaması. info

• وجوب تقديم مراد النبي صلى الله عليه وسلم على مراد الأنفس.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) istəyini diğər istəklərdən üstün tutmağın vacibliyi. info

• بيان علو مكانة أزواج النبي صلى الله عليه وسلم، وحرمة نكاحهنَّ من بعده؛ لأنهن أمهات للمؤمنين.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinin yüksək məqamda olması və onun vəfatından sonra onlarla nikaha girməyin haram sayılması. Çünki onlar möminlərin analarıdır. info