Rəbbi də onların dualarını qəbul edib cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən istər kişi, istərsə də qadın olsun, heç bir kəsin əməlini az və ya çox olmasından aslı olmayaraq puç etmərəm. Siz hamınız dində eyni hökmdəsiniz. Kişinin savabı artırılmaz, qadının savabı isə azaldılmaz. Allah yolunda hicrət edənlərin, kafirlər tərəfindən öz yurdlarından çıxarılanların, Rəbbinə itaət etdiyinə görə əziyyətə düçar olanların, Allah yolunda vuruşanların və Allahın - lə ilahə illəlllah - kəliməsi uca olması uğrunda öldürülənlərin, Qiyamət günü əlbəttə, günahlarını bağışlayıb, təqsirlərindən keçəcək və onları ağacları və qəsirləri altından çaylar axan Cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Misli olmayan gözəl mükafat məhz Allah yanındadır".
Ey Peyğımbər! Kafirlərin əməllərinə kədərlənərək, onların diyarbədiyar gəzib dolaşması, o yerlərdə istədiklərini etməsi, geniş şəkildə ticarətlə məşğul oması və bol ruzi qazanması səni aldatmasın!
Lakin öz Rəbbindən qorxub Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinənlər üçün, qəsirləri altından çaylar axan, onlar orada əbədi qalacaqları Cənnətlər vardır. Bu, Uca Allah yanından onlar üçün hazırlanmız bir mükafatdır. Allah saleh qulları üçün hazırladığı nemətlər, kafirlərin dünya naz-nemətləri içərisində xoş güzəran keçirdiklərindən daha xeyirlidir və daha qiymətlidir.
Kitab əhlinin hamısı eyni deyillər. Həqiqətən onlardan elə bir cammat da var ki, onlar Allaha, həm sizə nazil edilən haqqa və doğru yola, həm də öz kitablarında nazil edilənlərə inanır, Allahın elçiləri arasında heç bir fərq qoymadan, Allahın cənnətini istəyərək, Ona müti olaraq iman gətirər, Allahın ayələrini ucuz dünya mənfəətinə dəyişməzlər. Məhz bu sifətlərə sahib olan kimsələr üçün öz Rəbbi yanında böyük mükafatları vardır. Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkən və əməllərin mükafatınıda tez bir zamanda verəndir.
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şəri öhdəliklərə və dünyada məruz qaldığınız müsibətlərə səbir edin, səbir etməkdə kafirlərdən daha da üstün olun, onlar sizdən səbirli olmasınlar. Allah yolunda cihadda dözümlü olun. Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə Cəhənnəmdən nicat tapıb, Cənnətə daxil olmaqla istəyinizə nail olasınız!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الأذى الذي ينال المؤمن في سبيل الله فيضطره إلى الهجرة والخروج والجهاد من أعظم أسباب تكفير الذنوب ومضاعفة الأجور.
• Mömimin Allah yolunda əziyyətə məruz qalıb, hicrətə, vətənini tərk etməyə və ya cihada çıxmaqa məcbur olarsa, bu, onun günahların bağışlanması və Allah yanında qat-qat əcrə nail olması üçün ən böyük səbəblərdən biridir.
• ليست العبرة بما قد ينعم به الكافر في الدنيا من المال والمتاع وإن عظم؛ لأن الدنيا زائلة، وإنما العبرة بحقيقة مصيره في الآخرة في دار الخلود.
• İbrət heç də kafirin dünyada naz-nemətlər və rifah içərisində yaşamasında deyil, çünki bu dünya müvəqqətidir. İbrət yalnız axirətdə onun əbədi qalacağı qayıdış yerinin harada olacağındadır.
• من أهل الكتاب من يشهدون بالحق الذي في كتبهم، فيؤمنون بما أنزل إليهم وبما أنزل على المؤمنين، فهؤلاء لهم أجرهم مرتين.
• Kitab əhlindən öz kitablarında olan haqqa şahidlik edib, həm özlərinə nazil edilənə həm də ki, möminlərə nazil edilənə iman edən kimsələr də vardır. Belə kimsələrin əcri Allah qatında iki qat veriləcəkdir.
• الصبر على الحق، ومغالبة المكذبين به، والجهاد في سبيله، هو سبيل الفلاح في الآخرة.
• Haqq üzərində səbirlə qalmaq, haqqı yalan sayanlarla mübarizə aparmaq və bu yolda cihad etmək, axirətdə qurtuluşa nail olmaq üçün səbəbdir.