Allaha və Rəsuluna - səllallahu aleyhi və səlləm - kafir olan kimsələrin mal-dövləti və oğul-uşaqı onlara Allah qatında fayda verə bilməz, onları Allahın əzabından qoruya bilməz və onlara Allahın rəhmətini cəlb ede bilməz, əksinə cəm etdikləri bu mal-dövlət və oğul-uşaq, onların əzabını və həsrətin artıracaqdır. Onlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.
Mallarını xeyirxah işlər üçün sərf edib və sonra bu işlərin savabını gözləyən kafirlərin misalı, özlərinə asiliklər və başqa günah əməllər etməklə zülm edən adamların tarlasından bol-bol məhsul əldə edəcəklərini ümüd etdikləri halda ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Bu küləyin tarlanı məhv edib yararsız bir hala saldığı kimi, Allaha küfr etmək də, onların ümid etdikləri savabı beləcə məhv edər. Allah onlara zülm etmədi - Allah belə şeydən ucadır-, lakin onlar Allaha küfr etdiklərinə və Onun elçisini yalan saydıqlarına görə, özləri özlərinə zülm edirdirlər.
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sirdaş, dost tutmayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, əksinə sizə zərər verməyi və sizi sıxıntıya salmaqı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə bundan daha böyükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.
Ey Möminlər! Baxın, siz onları sevib onlara xeyir istədiyiniz bir halda onlar əksinə sizə nifrət edər, sizi sevməz və sizə xeyir arzu etməzlər. Siz onların kitablarına iman etməklə yanaşı nazil olmuş kitabların hamısına inanırsınız. Amma onlar isə Allahın sizin peyğəmbərinizə nazil etdiyi kitaba inanmırlar. Onlar sizinlə rastlaşdıqda dilləri ilə: "Biz də, təsdik etdik!"– deyir, bir-birləri ilə təklikdə qalanda isə özlərinin zəllətdə sizin isə vəhdətdə olduğunuza və İslamın izzətli olmasına görə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. Ey Peyğəmbər! Onlara de: "Qəzəbinizdən ölənə qədər bu halınızda qalın!" Şübhəsiz ki, Allah kökslərdə olanlar imanı, küfürü, xeyri və şəri biləndir.
Ey Möminlər! Düşmən üzərində qələbə çalmaq və ya mal-dövlətin, oğul-uşağın artması kimi sizə bir nemət nəsib olduqda, bu onları kədərləndirər, düşməninizə məğlub olmaq və ya mal-dövlətin, oğul-uşağın azalması kimi sizə bir fəlakət üz verdikdə isə, ona sevinər və sizi təhqir edərlər. Əgər siz Allahın əmrlərinə və yazdığı qədərə səbir edib, Allahın qəzəbinə düçar olmaqdan qorxsanız, onların hiylə və cəfası sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdikləri hiyləni əhatəyə almış və onları məyus halda geri qaytaracaqdır.
Ey Peyğəmbər! Bir zaman sən Uhudda müşriklərlə döyüşdən ötrü, möminləri mövqelərə yerləşdirmək və döyüşdə hər bir kəsin vəzifəsini bildirmək üçün səhər tezdən Mədinədən çıxıb getdiyini xatırla. Allah sizin hər bir sözünüzü eşidəndir, hər bir əməlinizi biləndir!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• نَهْي المؤمنين عن موالاة الكافرين وجَعْلهم أَخِلّاء وأصفياء يُفْضَى إليهم بأحوال المؤمنين وأسرارهم.
• Möminləri, kafirlərlə dostluq etməkdən və onları sirdaş tutub, möminlərin sirrlərini onlara bildirməkdən qadağan etmək.
• من صور عداوة الكافرين للمؤمنين فرحهم بما يصيب المؤمنين من بلاء ونقص، وغيظهم إن أصابهم خير.
• Kafirlərin möminlərə olan ədavətin bir növü də, möminlərə hər hansı bir fəlakət və ya zərər üz verdikdə sevinib, onlara bir nemət nəsib olduqda isə onların buna kədərlənməsidir.
• الوقاية من كيد الكفار ومكرهم تكون بالصبر وعدم إظهار الخوف، ثم تقوى الله والأخذ بأسباب القوة والنصر.
• Kafirlərin hiylə və məkirlərindən qorunmaq, səbirli, cəsarətli və təqvalı olmaqla, habelə, qüvvət və zəfər səbəblərindən yapışmaqla mümkündür.