Uca Allahın razı olduğu tək İslam dinindən başqa bütün dinlərdən uzaq duraraq, üzünüzü yalnız İslama çevirin. İbadətdə Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşan kimsə, sanki göydən yerə düşən, ətini və sümüyünü quşların qamarlayıb apardığı yaxud küləyin sovurub uzaq bir yerə atdığı kimsəyə bənzər.
İxlasla tək Allaha ibadət etmək, bütlərdən və yalan söz söyləməkdən uzaq durma Allahın sizə olan əmridir. Hər kim Allahın ayinlərinə (qurbanlıq heyvanlara və ya həcc əməllərinə) hörmət edərsə, əlbəttə ki, bu, qəlblərin Allahdan qorxmasındadır.
Məkkədə kəsdiyiniz həcc qurbanlarında sizin üçün müəyyən faydalar vardır. Beləki siz, bu heyvanları, Uca Allahın zalımların əlindən qurtardığı qədim Kəbə evini yaxınlığında kəsdiyiniz vaxta qədər minir, südünü içir, onların yunundan və nəslindən istifadə edirsiniz.
Biz hər bir keçmiş ümmətə onların qurban kəsib Allaha yaxınlaşmaları üçün müəyyən bir qurbangah təyyin etdik ki, Allahın onlara ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmin heyvanlardan qurban kəssinlər.Ey İnsanlar! Haqq olan məbudunuz təkdir. Onun heç bir şəriki və ortağı yoxdur. Elə isə siz yalnız Ona itaət edərək, boyun əyin. Ey Peyğəmbər! Allahdan qorxub ixlasla yalnız Ona ibadət edənlərə olanları sevindirəcək şeylərlə xəbər ver.
O kəslərə ki, Allah anıldığı zaman Onun əzabından qorxar, Onun əmrinə müxalif olmaqdan uzaq durar, başlarına gələn bəlalara səbir edər, namazlarını vaxtı-vaxtında kamil şəkildə yerinə yetirər və Allahın onlara verdiyi ruzidən xeyirxah işlər üçün xərcləyərlər.
Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayinlərindən və əlamətlərindən biri etdik. Bu heyvanlarda sizin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şükür edəsiniz!
Kəsdiyiniz qurbanların ətləri və qanları Allaha çatmaz. Lakin Allaha yaxınlaşmaq məqsədi ilə Onun əmrinə tabe olub bu heyvanlardan kəsdiyinizə görə itaətinizdəki təqvanız Uca Allaha çatar. Uca Allah sizi haqqa yönəltdiyinə görə Onu uca tutub, Onun şəninə təkbirlər (Allahu-Əkbər) gətirəsiniz deyə, bu heyvanları sizə beləcə ram etdi. Ey Peyğəmbər! Rəbbinə ibadətində və insanlarla xoş müamilədə olan kimsələri onları sevindirəcək şeylərlə müjdələ!
Həqiqətən, uca Allah, Ona iman gətirənləri düşmənlərinin şərindən mühafizə edir. Şübhəsiz ki, Allah, əmanətinə xəyanət edən xaini, Allahın nemətlərinə qarşı nankorluq edib və bunlara görə Uca Allaha şükür etməyəni sevmir. Əksinə, O, belə kimsələrə qəzəblənir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
• Hər hansı bir şeyi başa salmaq üçün məsəl çəkərək izah etmək, qarşıdakının düzgün anlamasına yardım edir.
• فضل التواضع.
• Təvazökar olmağın fəziləti.
• الإحسان سبب للسعادة.
• Yaxşılıq etmək səadətə qovuşmağa səbəbdir.
• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
• İman etmək, uca Allahın qulunu qorumasına və onu qayğısına qalmasına səbəbdir.