Sizə öldükdən sonra yenidən dirlməyi açıq-aydın dəlillərlə izah etdiyimiz kimi, Quranı da açıq-aydın dəlillərlə Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdik. Şübhəsiz ki, Allah, Öz lütfü ilə istədiyi kəsi doğru yola yönəldər və müvəffəq edər.
Şübhəsiz ki, Uca Allah Qiyamət günü bu ümmətdən tək Allaha iman edənlər, yəhudilər, sabiilər, (sabiilər: bəzi peyğəmbərlərin ardıcılları olmuş bir qövmdür) nəsranilər, atəşə və bütlərə sitayiş edənlər arasında hökm verəcək, möminləri Cənnətə və onlardan qeyrilərini isə Cəhənnəmə daxil edəcəkdir. Həqiqətən, Uca Allah qullarının bütün söz və əməllərinə şahiddir və bunlardan heç bir şey Ona gizlin qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.
Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yerdə insan və cinlərdən mömin olanların, səmada olan günəşin, ayın, ulduzların, yer üzərində olan dağların, ağacların, heyvanların və bir çox insanların itaət edərək Uca Allah qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına layiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istədiyini edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.
Bu, hansının haqqa daha yaxın olduğunu isbat etmək üçün Rəbbi barəsində höcətləşən iki dəstədir. İman edən dəstəninmi, yoxsa küfr edən dəstənin? Paltar insanı bürüdüyü kimi, Cəhənnəm atəşi də kafir olan dəstəni elə biçiləcək və başlarına olduqca qaynar su töküləcəkdir.
التفاسير:
20:22
يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ
Suyun şiddətli hərarətindən bətnlərində olan bağırsaqları əriyər və bu suyun hərarəti dərilərinə keçib onuda əridər.
التفاسير:
21:22
وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ
Mələklərin Cəhənnəmdə onların başlarına vurmaq üçün dəmirdən toppuzlar da hazırlanmışdır.
Kafirlər Cəhənnəmdə gördükləri əzabdan və düşdükləri qəm-qüssədən canlarını qurtarmaq üçün hər dəfə oradan çıxmaq istədikdə, onlar yenidən oraya qaytarılacaq və onlara: "Dadın yandırıcı Cəhənnəmin əzabını!" – deyiləcəkdir.
İman edən dəstəyə gəldikdə isə, onlar, Allah iman gətirib yaxşı işlər görən kimsələrdir. Uca Allah onları qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Uca Allah onları orada qızıl bilərziklərlə və mirvarilərlə bəzədəcəkdir. Onları Cənnətdəki libasları isə ipəkdən olacaqdır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الهداية بيد الله يمنحها من يشاء من عباده.
• Hidayət Allahın əlindədir, Allah onu dilədiyi quluna bəxş edir.
• رقابة الله على كل شيء من أعمال عباده وأحوالهم.
• İnsanları hər bir əməli və halları Uca Allahın nəzarəti altındadır.
• خضوع جميع المخلوقات لله قدرًا، وخضوع المؤمنين له طاعة.
• Bütün məxluqat Uca Allah qarşısında Onun əvvəlcədən təyin etdiyi təqdirə əsasən boyun əysələr də, möminlər Ona itaət edərək boyun əyərlər.