Biz Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quranda insanların xatırlayıb öyüd-nəsihət almaları üçün hər cür məsəli ətraflı izah etdik. Lakin insan isə ən çox - xüsusən də ki, kafir - haqqsız olduğu bir halda mücadilə edəndir.
İnadkarlıq edən kafirlərin Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən gətirdiyi haqqa iman etmələrinə və günahlarına görə Allahdan bağışlanma diləmələrinə mane olan səbəb heç də verilən izahların naqisliyinə görə deyildir. Artıq Quranda onlar üçün kifayət qədər məsəllər çəkilib, öyüd-nəsihətlər verilmiş və açıq-aydın dəlillər göndərilmişdir. Onların iman etmələrinə mane olan səbəb, inadkarlıqla özlərindən əvvəlki ümmətlərin başlarına gələn əzabın öz başlarına gəlməsini və onlara vəd edilən əzabın da öz gözləri ilə görmələrini istəmələri oldu.
Biz göndərdiyimiz elçiləri ancaq iman və itaət əhlinə müjdə verənlər, kafirlərə və günahkarlara isə xəbərdarlıq edənlər kimi göndəririk. Elçilər, insanların qəlblərini imana gətirmək gücünə malik deyillər. Onlara gətirilən dəlillərin açıq-aydın olmasına rəğmən Allaha və Onun elçilərinə küfür edənlər Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən haqqı batil dəlilləri ilə aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Quranı və xəbərdar olunduqları şeyləri istehza edib, məsxərəyə qoyurlar.
Rəbbinin ayələri yadına salınarkən oradakı əzab vədinə önəm verməyən, o ayələrdə zikir edilənlərdən öyüd-nəsihət almaqdan üz döndərən, dünya həyatında etmiş olduğu küfrləri və günahları unudub və bunlardan tövbə etməyən kimsədən də daha zalım kim ola bilər?! Bu sifətlərə sahib olan kimsələrin qəlblərinə Quranı anlamasınlar deyə örtüklər çəkdik, qulaqlarına da tıxaclar vurduq. Onlar bu səbəbdən Quranı dinləyib qəbul edə bilməzlər. Sən onları nə qədər doğru yola çağırsan da, qəlblərindəki örtüklər və qulaqlarında maneələr olduğu müddətcə onlar heç vaxt sənin çağırışını eşidib iman etməzlər.
Peyğəmbər -sallallahu aleyhi və səlləm- onu təkzib edənlərə tez bir zamanda əzabın gəlməsini istəməməsi üçün Uca Allah ona belə buyurmuşdur: "Ey Peyğəmbər! Rəbbin Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Mərhəmət sahibidir. Onun mərhəməti hər şeyi ehtiva etmişdir. Günahkarların tövbə etmələrini ümid edərək onlara möhlət verməsi də, Uca Allahın Öz qullarına olan mərhəmətindəndir. Əgər Uca Allah Ondan üz çevirən qullarına əzabı tezləşdirsəydi, bu zaman onları dünya həyatında cəzalandırmış olardı. Lakin O, həlimdir, rəhimlidir, qulları tövbə etsinlər deyə əzabı onlardan gecikdirər. Əksinə, onlar tövbə etməyəcəkləri təqdirdə, etdikləri küfrlərə və haqdan uzaqlaşdıqlarına görə cəzasını almaları üçün əvvəlcədən təyin edilmiş məkan və zaman vardır. Əzab gələcəyi vaxt onlar Allahdan başqa heç bir sığınacaq tapa bilməyəcəklər.
Hud, Saleh, Şueyb və s. bu qövmlər kimi sizə yaxın olan kafir məmləkətlərin əhalisi küfr və günahlar etməklə özlərinə zülüm etdikdə, Biz onları məhv etdik. Biz onları məhvi üçün müəyyən bir vaxt təyin etmişdik.
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa - aleyihissəlam - öz xidmətçisi olan Yuşə ibn Nuna belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud saleh quldan elm öyrənməyim üçün onu tapana qədər uzun müddət səfərimə davam edəcəyəm!"
Onları hər ikisi yoluna davam etdi və dənizlərin qovuşduğu yerə gəlib çatdıqlarında, özlərinə yeməyə götürdükləri balığı unutdular. Uca Allah bu zaman dalığı diriltdi, balıq isə dənizdə özünə suyun bir-birinə qarışmayacaq yol açıb, iz buraxaraq getdi.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• عظمة القرآن وجلالته وعمومه؛ لأن فيه كل طريق موصل إلى العلوم النافعة، والسعادة الأبدية، وكل طريق يعصم من الشر.
• Quranın son dərəcə əzəmətli, möhtəşəm və ümumi bir kitab olması. Çünki Quranda hər faydalı elmə və əbədi səadətə qovuşduran və həmçinin hər bir şərdən qoruyan bütün yollar göstərilmişdir.
• من حكمة الله ورحمته أن تقييضه المبطلين المجادلين الحق بالباطل من أعظم الأسباب إلى وضوح الحق، وتبيُّن الباطل وفساده.
• Haqqa qarşı batil ilə mücadilə edən kimsələrin bütün dəlillərinin boşa çıxarılması, batilin və onun fəsadlarının aşkara və bəyan edilməsi Uca Allahın hikmətindən və rəhmətindəndir.
• في الآيات من التخويف لمن ترك الحق بعد علمه أن يحال بينه وبين الحق، ولا يتمكن منه بعد ذلك، ما هو أعظم مُرَهِّب وزاجر عن ذلك.
• Yuxarıda qeyd edilən ayələrdəki haqqı bildikdən sonra onu tərk edən kimsələr, haqq ilə öz aralarına bir maneənin qoyulması və onlar bir daha haqqa yönələ bilməyəcəkləri ilə qorxudulub xəbərdar edilməsidir. Bu çox qorxulu bir şeydir.
• فضيلة العلم والرحلة في طلبه، واغتنام لقاء الفضلاء والعلماء وإن بعدت أقطارهم.
• Elm öyrənməyin və bu məqsədlə səfərə çıxmağın, alimlər, dəyərli və müdrik insanlar hətta uzaq ölkələrdə yaşasalar da onlarla görüşməyin və onların elmindən bəhrələnməyin fəziləti.
• الحوت يطلق على السمكة الصغيرة والكبيرة ولم يرد في القرآن لفظ السمك، وإنما ورد الحوت والنون واللحم الطري.
• Ayədə deyilən "əl-Hut" sözü, ərəb dilində həm böyük, həm də kiçik balığa deyilir. Quran-Kərimdə, ərəbcə "əs-Səmək" balıq sözü keçməmişdir, sadəcə, "əl-Hut", "ən-Hun" və "əl-Ləhm ət-Tariy" yəni təzə ət olaraq deyilmişdir.