Pis olan şikr kəlməsinin məsəli, pis ağac (hənzələ) acı qovun ağacın məsəli kimidir. Bu ağac, kökü yerdən qoparılmış, nə yerə bağlı olan bir kökü, nə də ki, göyə yüksələn bu dudağı olmayan, çürüyüb, küləklər onu hər tərəfə sovuran ağaca bənzər. Küfür kəlməsinin sonuda beləcə yox olmaqdır. O kəlmə sahibinin yaxşı əməli əsla Allaha yüksəlməz.
Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxlayar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz.
Ey Peyğəmbər! Qüreyiş qəbiləsindən Allahın onlara haram bölğəsində bəxş etdiyi əmin-amanlıq içində yaşamaq nemətinə və Muhəmmədi (sallallahu aleyhi və səlləm) öz içərilərindən özlərinə peyğəmbər göndərilməsinə qarşı çıxıb Allaha və Onun rəsuluna küfr edənlərin halının necə olduğunu gördün. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən özlərinə gətirdiyi haqqı yalan sayaraq Allahın nemətlərinə nankorluq edilər. Qövmlərindən küfürdə onların ardınca gedənləri də həlak diyarına sürüklədilər.
التفاسير:
29:14
جَهَنَّمَ يَصۡلَوۡنَهَاۖ وَبِئۡسَ ٱلۡقَرَارُ
Həlak diyarı, onların varid olacaqları Cəhənnəmdir. Onlar orada Cəhənnəm atəşindən əzab çəkəcəklər. Onların qərar tutacaqları yer, necə də pis bir yerdir.
Müşriklər, Allahın yolundan azdıqdan sonra özlərinə tabe olanları da azdırmaq üçün bütləri uca Allaha tay tutdular. Ey Peyğəmbər! Onlara de: "Hələlik dünya ləzzətləri ilə əylənin və insanlar arasında şübhələr yaymaqla məşğul olun. Şübhəsiz ki, Qiyamət günü dönüşünüz Cəhhənəmə olacaqdır. Sizin oradan başqa dönüş yeriniz yoxdur!"
Ey Peyğəmbər! Möminlərə belə de: "Ey İman gətirənlər! Namazı kamil şəkildə əda edin. Allahın əzabından qurtarmaq üçün, alış-verişin, fidyənin və heç bir dostun öz dostuna şəfaət etməsinin qəbul edilməyəcəyi bir günün gəlməsindən əvvəl Allahın sizə verdiyi ruzidən riyadan qorxaraq gizli şəkildə və başqa insanlara nümunə olmanız üçün açıq şəkildə Allah yolunda öz mallarınızdan vacib və müstəhəb yerlərə xərcləyin!".
Uca Allah göyləri və yeri misilsiz olaraq yoxdan var etdi. Sizə səmadan yağmur endirdi və bu yağmurun səbəbi ilə yer üzündə sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Ey İnsanlar! Allah, Onun əmri ilə su üzərində üzən gəmiləri sizə rab etdi. Həm özünüzün, həm də heyvanlarınız su içib, həm də ki tarlalarınızı suvalamaq üçün çayları da sizin ixtiyarınıza buraxdı.
Davamiyyətli olaraq hərəkət edən günəşi və ayı sizə tabe etdi. Eyni şəkildə bir-birini təqib edən gecəni və gündüzü də sizə ram etdi. Gecə yatıb istirahət etməniz, gündüz isə işləyib, çalışmanız üçündür.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• تشبيه كلمة الكفر بشجرة الحَنْظل الزاحفة، فهي لا ترتفع، ولا تنتج طيبًا، ولا تدوم.
• Küfr kəlməsi yerdə sürünən (hənzələ) acı qovun ağacına bənzəyir. Bu ağac, kök atıb yuxarıya doğru yüksəlməz, gözəl meyvə verməz və ömrü də uzun olmaz.
• الرابط بين الأمر بالصلاة والزكاة مع ذكر الآخرة هو الإشعار بأنهما مما تكون به النجاة يومئذ.
• Namaz və zəkatın vacib buyurulması ilə axirəti zikr etmək arasında olan bağlılıq. Bu, axirət günü qurtuluşun məhz namaz və zəkat sayəsində olacağına işarədir.
• تعداد بعض النعم العظيمة إشارة لعظم كفر بعض بني آدم وجحدهم نعمه سبحانه وتعالى .
• Uca Allahın insanlara bəxş etdiyi bəzi əzəmətli nemətləri sadalaması, bəzi Adəm övladlarının Allaha qarşı etdikləri küfrün əzəmətli olmasına və Allahın onlara verdiyi nemətlərə nankorluq etdiklərinə işarədir.