Ey İnsan! Məgər sən Allahın göyləri və yeri əbəs yerə deyil, əksinə haqq ilə yaratdığını bilmirsənmi? Ey İnsanlar! Əgər Allah sizi yox edib, yerinizə Ona ibadət və itaət edən başqa bir məxluq gətirmək istəsə, sizi yox edib yerinizə Ona ibadət və itaət edən yeni bir məxluq gətirər. Bu Allah üçün çox asan və rahat bir işdir.
التفاسير:
20:14
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ
Sizi məhv edib, yerinizə sizdən başqa yeni bir məxluq gətirmək uca Allah əsla aciz etməz. Çünki O, hər şeyə qadirdir. Onun aciz qaldığı bir iş yoxdur.
İnsanlar Qiyamət günü qəbirlərindən çıxıb Allahın hüzuruna gələcək və zəiflər dünyada ikən öndə gedən başçılarına belə deyəcəklər: "Ey Öndə gedən başçılarımız! Biz dünyada sizin arxanızca getdik. Əmrlərinizə itaət edib, qadağalarınızdan çəkindik. İndi siz bizi, Allahın əzabından, qismən də olsa, qoruya bilərsinizmi?" Bu zaman dünyada ikən öndə gedən başçıları onlara deyəcəklər: "Əgər Allah bizi doğru yola müvəffəq etsəydi, biz də sizə doğru yolu yönəldərdik və beləliklə də, hamımız Allahın əzabından xilas olardıq. Lakin biz özümüz də azdıq və sizi də azdırdıq. İndi əzaba dözə bilməməyimiz və ya buna səbir etməyimiz hamımız üçün eynidir. Bu gün əzabdan qaçıb canımızı qurtarmaq üçün heç bir qurtuluş yeri yoxdur!"
Cənnət əhli Cənnətə, Cəhənnəm əhlidə Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyəcək: "Allah sizə haqq vəd vermişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də vədimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən sizi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən sizin köməyinizə çatıb əzabı sizdən sovuşdura bilərəm, nə də siz mənim köməyimə çatıb əzabı məndən sovuşdura bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşmağınızı rədd etmişdim!". Həqiqətən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır.
Zalımların tam əksi olaraq, uca Allah iman gətirib saleh əməllər edənləri, ağacları və qəsrləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar Rəbbinin izni və güc-güvvəti ilə orada əbədi olaraq qalacaqlar. Onların orada qarşılaşarkən bir-birilərinə deyəcəyi, habelə, mələklərin və uca Allahın onlara deyəcəyi söz: "Salam!" olacaqdır.
Ey Peyğəmbər! Allahın tövhid kəliməsi olan (lə iləhə illallah) üçün necə məsəl çəkdiyini bilmirsənmi? Belə ki, Allah, həmin kəlməni kökü yerdə möhkəm olub, təmiz sudan içən, budaqları isə göyə yüksələn üzərinə düşən damcılardan su içən və təmiz havadan sovuran gözəl bir xurma ağacına bənzətmişdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• بيان سوء عاقبة التابع والمتبوع إن اجتمعا على الباطل.
• Tabe olan və özlərinə tabe olunan kimsələr batil üzərində bir araya gələrlərsə, onların hamısının sonu pis olacağının bəyanı.
• بيان أن الشيطان أكبر عدو لبني آدم، وأنه كاذب مخذول ضعيف، لا يملك لنفسه ولا لأتباعه شيئًا يوم القيامة.
• Şeytanın Adəm övladının ən böyük düşməni olduğunun, onun yalançı, zəlil və zəyif olmasının, həmçinin, onun Qiyamət günü nə özünə, nə də onun ardınca gedənlərə bir fayda verə bilyəcəyinin bəyanı.
• اعتراف إبليس أن وعد الله تعالى هو الحق، وأن وعد الشيطان إنما هو محض الكذب.
• İblisin, uca Allahın verdiyi vədin haqq, şeytanın verdiyi vədi isə açıq-aydın yalandan başqa bir şey olmadığını etiraf etməsi.
• تشبيه كلمة التوحيد بالشجرة الطيبة الثمر، العالية الأغصان، الثابتة الجذور.
• Tövhid kəlməsinin meyvəsi gözəl, budaqları yüksəkdə, kökü isə yerdə sabit qalan bir ağaca bənzədilməsi.