Қуръони Карим маъноларининг таржимаси - Озарийча таржима

əl-Ənam

external-link copy
1 : 6

ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ يَعۡدِلُونَ

Həmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar. info
التفاسير:

external-link copy
2 : 6

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن طِينٖ ثُمَّ قَضَىٰٓ أَجَلٗاۖ وَأَجَلٞ مُّسَمًّى عِندَهُۥۖ ثُمَّ أَنتُمۡ تَمۡتَرُونَ

Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz. info
التفاسير:

external-link copy
3 : 6

وَهُوَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَفِي ٱلۡأَرۡضِ يَعۡلَمُ سِرَّكُمۡ وَجَهۡرَكُمۡ وَيَعۡلَمُ مَا تَكۡسِبُونَ

O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir. info
التفاسير:

external-link copy
4 : 6

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ

Onlara Rəbbinin ayələrindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. info
التفاسير:

external-link copy
5 : 6

فَقَدۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَسَوۡفَ يَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbərləri onlara tezliklə (gəlib) çatacaqdır. info
التفاسير:

external-link copy
6 : 6

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. info
التفاسير:

external-link copy
7 : 6

وَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər. info
التفاسير:

external-link copy
8 : 6

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ

Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi. info
التفاسير: