Қуръони Карим маъноларининг таржимаси - Қуръон Каримнинг мухтасар тафсирининг озарбайжонча таржимаси

əl-Ğaşiyə

Суранинг мақсадларидан..:
التذكير بالآخرة وما فيها من الثواب والعقاب، والنظر في براهين قدرة الله.
Axirəti, axirətdə veriləcək mükafatı və cəzanı, üstəlik, Allahın qüdrətinə dəlalət edən dəlillərə baxmağı xatırlatmaq. info

external-link copy
1 : 88

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ

Ey Peyğəmbər! Öz dəhşətləri ilə insanları bürüyən qiyamətin xəbəri sənə gəlib çatdımı?! info
التفاسير:

external-link copy
2 : 88

وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ

Qiyamət günü insanların bir qismi bədbəxt, digərləri isə xoşbəx olacaq. Bədbəxt insanların üzü zəlil görkəm alıb yerə dikiləcək. info
التفاسير:

external-link copy
3 : 88

عَامِلَةٞ نَّاصِبَةٞ

Kafirlərin boyunlarına vurulmuş zəncirlər və halqalar onları yorub əldən salacaq. info
التفاسير:

external-link copy
4 : 88

تَصۡلَىٰ نَارًا حَامِيَةٗ

Zəlil görkəm almış üz sahibləri yandırıb-yaxan oda girəcək və onun hərarətindən əzab çəkəcək. info
التفاسير:

external-link copy
5 : 88

تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ

Onlara çox qaynar suyu olan çeşmədən içirdiləcək. info
التفاسير:

external-link copy
6 : 88

لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ

Onların ən pis, ən murdar və quruyanda isə zəhərli olan şibriq deyilən bitkidən başqa yeməyə bir təamı olmayacaqdır. info
التفاسير:

external-link copy
7 : 88

لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ

Bu yemək onları nə kökəldər, nə də aclıqdan qurtarar. info
التفاسير:

external-link copy
8 : 88

وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ

O gün xoşbəxt insanlar (çoxlu) nemətlər əldə etdiklərinə görə üzlərini nəşə, fərəh və sevinc bürüyəcək. info
التفاسير:

external-link copy
9 : 88

لِّسَعۡيِهَا رَاضِيَةٞ

Dünyada etdiyi saleh əməllərdən razı qalacaq. Çünki o əməllərin savabının qat-qat artmış olduğu halda onun üçün saxlanıldığını görəcəkdir. info
التفاسير:

external-link copy
10 : 88

فِي جَنَّةٍ عَالِيَةٖ

Məqam və dəyər baxımından yüksək olan Cənnətdə olacaqlar. info
التفاسير:

external-link copy
11 : 88

لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ

Onlar Cənnətdə nəinki haram söz, heç batil söz və lağlağı belə eşitməyəcəklər. info
التفاسير:

external-link copy
12 : 88

فِيهَا عَيۡنٞ جَارِيَةٞ

Bu Cənnətdə onların istədikləri yerə axıdacaqları və istədikləri kimi istifadə edəcəkləri çeşmələr vardır. info
التفاسير:

external-link copy
13 : 88

فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ

Orada hündür taxtlar vardır, info
التفاسير:

external-link copy
14 : 88

وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ

İçmək üçün hazırlanmış qədəhlər vardır. info
التفاسير:

external-link copy
15 : 88

وَنَمَارِقُ مَصۡفُوفَةٞ

Orada bir-birinin yanına qoyulmuş yastıqlar vardır, info
التفاسير:

external-link copy
16 : 88

وَزَرَابِيُّ مَبۡثُوثَةٌ

Orada hər yerə sərilmiş xalçalar və döşəklər vardır.
info
التفاسير:

external-link copy
17 : 88

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ

Məgər onlar Allahın dəvəni necə yaratdığını və onu Adəm övladının ixtiyarına verdiyini görmürlərmi?! info
التفاسير:

external-link copy
18 : 88

وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ

Həmçinin, Allahın göyü necə yüksəltdiyini, hətta onların üzərində, başlarına uçmayıb yerində möhkəm duran bir tavan etdiyini görmürlərmi?! info
التفاسير:

external-link copy
19 : 88

وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ

Habelə, Allahın dağları necə ucaltdığını, yer üzü insanları silkələməsin deyə, onları yerə bərkitdiyini görmürlərmi?! info
التفاسير:

external-link copy
20 : 88

وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ

Eləcə də, Allahın yeri necə döşədiyini, insanlan üstündə qərar tutsunlar deyə onu sabit etdiyini görmürlərmi?! info
التفاسير:

external-link copy
21 : 88

فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ

Ey Peyğəmbər! Onlara nəsihət ver, onları Allahın əzabı ilə qorxut! Sən ancaq öyüd-nəsihət verənsən. Səndən yalnız onlara xatırlatmaq tələb olunur. Onların iman gətirməyə müvəffəq edilməsi isə təkcə Allahın əlindədir. info
التفاسير:

external-link copy
22 : 88

لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ

Sən onların üstün hökmran deyilsən ki, onları iman gətirməyə məcbur edəsən. info
التفاسير:
Ушбу саҳифадаги оят фойдаларидан:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
Nəfsi zahiri və batini pisliklərdən təmizləməyin əhəmiyyəti. info

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
Xaliqin varlığını və Onun əzəmətini isbat etmək üçün Onun yaratdığı məxluqatları ilə dəlil göstərmək. info

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
Dəvət edən kimsənin vəzifəsi insanları hidayətə qovuşdurmaq deyil, sadəcə olaraq onları haqqa dəvət etməkdir. Çünki insanlara hidayət bəxş edib onları haqqa yönəltmək yalnız Allahın əlindədir. info

external-link copy
23 : 88

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ

Lakin kim imandan üz döndərib Allaha və Onun rəsuluna küfr edərsə, info
التفاسير:

external-link copy
24 : 88

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ

Qiyamət günü Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil etməklə onu ən böyük əzaba düçar edər. info
التفاسير:

external-link copy
25 : 88

إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ

Şübhəsiz ki, onların ödükdən sonra qayıdışları yalnız Bizədir. info
التفاسير:

external-link copy
26 : 88

ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم

Sonra onları əməllərinə görə sorğu-suala çəkmək də yalnız Bizə aiddir. Bunun nə sənə, nə də səndən başqasına heç bir aidiyyatı yoxdur. info
التفاسير:
Ушбу саҳифадаги оят фойдаларидан:
• فضل عشر ذي الحجة على أيام السنة.
Zilhiccə ayının (ilk) on gününün ilin digər günlərindən fəzilətli olması. info

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
Qiyamət günü Uca Allahın Özünə layiq tərzdə - (heç nəyə və heç kəsə) oxşamadığı və bənzəmədiyi halda, həqiqi mənada gəlməsinin isbatı. info

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
Mömin kimsə sınağa çəkildikdə səbir edər, özünə nemət bəxş edildikdə də, şükür edər. info