Қуръони Карим маъноларининг таржимаси - Қуръон Каримнинг мухтасар тафсирининг озарбайжонча таржимаси

Бет рақами:close

external-link copy
19 : 74

فَقُتِلَ كَيۡفَ قَدَّرَ

Onu lənətə və əzaba düçar olsun! Necə qərar verdi. info
التفاسير:

external-link copy
20 : 74

ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ

Sonra yenə onu lənətə və əzaba düçar olsun! Gör necə qərar verdi. info
التفاسير:

external-link copy
21 : 74

ثُمَّ نَظَرَ

Sonra o öz dediklərinə nəzər saldı və düşündü. info
التفاسير:

external-link copy
22 : 74

ثُمَّ عَبَسَ وَبَسَرَ

Sonra o, Qurana dair tənə edəcəyi bir şey tapmadıqda, üz-gözünü turşudub qaşqabağını tökdü. info
التفاسير:

external-link copy
23 : 74

ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ

Sonra o, imandan üz çevirdi və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) tabe olmağa təkəbbür göstərdi. info
التفاسير:

external-link copy
24 : 74

فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ

Və dedi: "Muhəmmədin dedikləri Allahın kəlamı deyil, əksinə, bu, başqasından eştdiyi bir sehrdir. info
التفاسير:

external-link copy
25 : 74

إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ

Bu, Allahın kəlamı deyil, əksinə, insan kəlamıdır. info
التفاسير:

external-link copy
26 : 74

سَأُصۡلِيهِ سَقَرَ

Mən bu kafiri Cəhənnəmin təbəqələrindən birinə salacağam. Bu, istisindən əzab çəkəcəyi Səqərdir. info
التفاسير:

external-link copy
27 : 74

وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ

Ey Muhəmməd! Sən nə bilirsən, Səqər nədir?! info
التفاسير:

external-link copy
28 : 74

لَا تُبۡقِي وَلَا تَذَرُ

O, içində əzab verilənlərdən heç kəsi salamat buraxmaz, hər kəsi yandırar, sonra o əzaba düçar olan kəs əvvəlki halına qayıdar, sonra da od onu yenə yandırar, beləcə, davam edər. info
التفاسير:

external-link copy
29 : 74

لَوَّاحَةٞ لِّلۡبَشَرِ

O od dərini yandırıb-yaxar və onu dəyişdirər. info
التفاسير:

external-link copy
30 : 74

عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ

Cəhənnəmin üzərində mühafizəkar olan on doqquz mələk vardır. info
التفاسير:

external-link copy
31 : 74

وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ

Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Bəşər övladının onlar gücü çatmaz. Biz o mələklərin sayını on doqquz etdik ki, bu, Allaha küfr edən kəslər üçün bir sınaq olsun, onlar deyəcəklərini desinlər, beləliklə də, əzabları qat-qat artsın, habelə, özlərinə Tövrat verilmiş yəhudilər, eləcə də, özlərinə İncil verilmiş nəsranilər öz kitablarında deyilənləri təsdiqləyən Quran nazil edildikdə, yəqinlik hasil etsinlər, üstəlik, Kitab əhli möminlərin əməlinə uyğun hərəkət etdikdə möminlərin imanı artsın, yəhudilər, nəsranilər və möminlər haqqa şübhə etməsinlər və imanlarında tərəddüd edən kəslər və kafirlər desinlər: "Allah bu məsəllə nə demək istəyir?" Bu sayı inkar edən kimsənin azması və onu təsdiqləyən kimsənin doğru yola gəlməsi kimi, Allah dilədiyi kimsəni azdırır, dilədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarının sayı o qədər çoxdur ki, onu yalnız pak və müqəddəs olan Rəbbin bilir. Cəhənnəm, bəşər övladı üçün bir xatırlama olub, beləliklə də insanlar, onun sayəsində Uca Allahın əzəmətini başa düşürlər.
info
التفاسير:

external-link copy
32 : 74

كَلَّا وَٱلۡقَمَرِ

Xeyir, bu heç də bəzi müşriklərin iddia etdiyi kimi deyildir. Onların öz havadarları ilə birlikdə Cəhənnəm gözətçilərinə üstün gələcək, hətta onları Cəhənnəmdən sıxışdırıb çıxarma iddiaları batildir. Uca Allah bu ayədə aya and içmişdir. info
التفاسير:

external-link copy
33 : 74

وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ

Uca Allah, həmçinin, dönüb gedən gecəyə and içir. info
التفاسير:

external-link copy
34 : 74

وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ

Uca Allah, həmçinin, ağarmaqda olan sübhə and içir. info
التفاسير:

external-link copy
35 : 74

إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ

Həqiqətən də, Cəhənnəm odu ən əzəmətli fəlakətlərdən biridir. info
التفاسير:

external-link copy
36 : 74

نَذِيرٗا لِّلۡبَشَرِ

Cəhənnəm insanları qorxutmaq üçün bir xəbərdarlıqdır. info
التفاسير:

external-link copy
37 : 74

لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ

Ey insanlar! Sizlərdən, Allaha iman gətirib yaxşı işlər görməklə irəli çıxmaq, yaxud küfr etmək və günah işlər görməklə geriyə düşmək istəyənlər üçün. info
التفاسير:

external-link copy
38 : 74

كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ

Hər kəs öz əməlinin əvəzini alacaqdır! Beləcə, əməlləri onu ya həlak edər, ya da onu həlak olmadan xilas edər. info
التفاسير:

external-link copy
39 : 74

إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ

Yalnız möminlərdən başqa. Belə ki, onlar günahlarına görə cəzalandırılmayacaqlar, əksinə, onların yaxşı əməlləri olduğuna görə Allah onları bağışlayacaqdır. info
التفاسير:

external-link copy
40 : 74

فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ

Qiyamət günü onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – info
التفاسير:

external-link copy
41 : 74

عَنِ ٱلۡمُجۡرِمِينَ

Etdikləri günahlar ucbatından özlərini həlak etmiş kafirlər barəsində. info
التفاسير:

external-link copy
42 : 74

مَا سَلَكَكُمۡ فِي سَقَرَ

Möminlər onlara deyəcəklər: "Sizi Cəhənnəmə salan nədir?" info
التفاسير:

external-link copy
43 : 74

قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ

Kafirlər də cavab verib deyəcəklər: "Biz dünya həyatında fərz buyurulan namazı qılan kimsələrdən deyildik. info
التفاسير:

external-link copy
44 : 74

وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ

Allahın bizə verdiyi ruzidən kasıbı yedizdirməzdik. info
التفاسير:

external-link copy
45 : 74

وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ

Biz, batil əhli ilə bir yerdə olar, onların getdiyi yerə gedər və əyri yol tutmuş zəlalət əhli ilə birlikdə batil sözlər danışardıq, info
التفاسير:

external-link copy
46 : 74

وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ

Və əməllərin əvəzi veriləcək günü yalan hesab edərdik – info
التفاسير:

external-link copy
47 : 74

حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ

Ölüm bizə yetişənədək haqqı yalan saymaqda davam etdik və beləcə, bizimlə tövbə arasına maneə çəkildi". info
التفاسير:
Ушбу саҳифадаги оят фойдаларидан:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
Təkəbbürlüyün təhlükəli olması. Belə ki, bu pis xislət Vəlid ibn əl-Muğiranı - haqq ona bəlli olduqdan sonra - imandan döndərdi. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
İnsan əməllərinə görə dünyada və axirətdə məsuliyyət daşıması. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
Ehtiyacı olan kimsəyə yemək verməmək, insanı Cəhənnəm oduna salan səbəblərdən biridir. info