قرآن کریم کے معانی کا ترجمہ - آذربائیجانی ترجمہ - علی خان موساییف

Nuh

external-link copy
1 : 71

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ

Biz Nuhu: “Qövmünə ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et!”– deyə öz qövmünə göndərdik. info
التفاسير:

external-link copy
2 : 71

قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ

(Nuh) dedi: “Ey qövmüm! Mən sizi (Allahın əzabı ilə) açıq-aydın xəbərdar edənəm! info
التفاسير:

external-link copy
3 : 71

أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ

Allaha ibadət edin, Ondan qorxun və mənə tabe olun! info
التفاسير:

external-link copy
4 : 71

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ

(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın (müəyyən etdiyi) əcəl gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!” info
التفاسير:

external-link copy
5 : 71

قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا

(Nuh) dedi: “Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət etdim. info
التفاسير:

external-link copy
6 : 71

فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا

Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı. info
التفاسير:

external-link copy
7 : 71

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا

Onları bağışlayasan deyə, mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. info
التفاسير:

external-link copy
8 : 71

ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا

Sonra mən onları aşkarcasına dəvət etdim. info
التفاسير:

external-link copy
9 : 71

ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا

Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib info
التفاسير:

external-link copy
10 : 71

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا

dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! info
التفاسير:

external-link copy
11 : 71

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا

(Əgər belə etsəniz) O, sizə göydən bol-bol yağış göndərər, info
التفاسير:

external-link copy
12 : 71

وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا

var-dövlətinizi və oğul-uşağınızı çoxaldar, sizin üçün bağlar yaradar və çaylar axıdar. info
التفاسير:

external-link copy
13 : 71

مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا

Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz? info
التفاسير:

external-link copy
14 : 71

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا

Axı O sizi mərhələlərlə (əvvəl nütfədən, sonra laxtalanmış qandan, sonra bir parça ətdən və sonda isə insan şəklində) yaratdı. info
التفاسير:

external-link copy
15 : 71

أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا

Məgər Allahın yeddi (qat) göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü? info
التفاسير:

external-link copy
16 : 71

وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا

Orada ayı bir nur, günəşi də çıraq etdi. info
التفاسير:

external-link copy
17 : 71

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا

Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi. info
التفاسير:

external-link copy
18 : 71

ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا

Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır. info
التفاسير:

external-link copy
19 : 71

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا

Allah yeri sizin üçün xalı təki döşədi ki, info
التفاسير:

external-link copy
20 : 71

لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا

orada geniş yollarda gəzəsiniz”. info
التفاسير:

external-link copy
21 : 71

قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا

Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan kimsələrə (kafir başçılarına) tabe oldular. info
التفاسير:

external-link copy
22 : 71

وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا

Onlar (kafir başçılar mənə qarşı) böyük bir hiylə işlətdilər info
التفاسير:

external-link copy
23 : 71

وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا

və (özlərinə tabe olanlara) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” info
التفاسير:

external-link copy
24 : 71

وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا

Onlar çoxlarını azdırdılar. (Ey Rəbbim!) Sən də zalımların azğınlığını artır”. info
التفاسير:

external-link copy
25 : 71

مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا

Onlar günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar Allahdan savayı köməkçilər tapmadılar. info
التفاسير:

external-link copy
26 : 71

وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا

Nuh dedi: “Ey Rəbbim! Yer üzündə kafirlərdən heç bir kimsəni sağ bıraxma! info
التفاسير:

external-link copy
27 : 71

إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا

Əgər Sən onları sağ buraxsan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər. info
التفاسير:

external-link copy
28 : 71

رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا

Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!” info
التفاسير: