قرآن کریم کے معانی کا ترجمہ - آذربائیجانی ترجمہ - علی خان موساییف

صفحہ نمبر:close

external-link copy
25 : 37

مَا لَكُمۡ لَا تَنَاصَرُونَ

(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?” info
التفاسير:

external-link copy
26 : 37

بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ

Xeyr, onlar bu gün təslim olmuşlar! info
التفاسير:

external-link copy
27 : 37

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ

Onlar bir-birinə üz tutub soruşacaqlar. info
التفاسير:

external-link copy
28 : 37

قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ

(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”. info
التفاسير:

external-link copy
29 : 37

قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ

(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz. info
التفاسير:

external-link copy
30 : 37

وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ

Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz. info
التفاسير:

external-link copy
31 : 37

فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ

Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq. info
التفاسير:

external-link copy
32 : 37

فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ

Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”. info
التفاسير:

external-link copy
33 : 37

فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ

O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar. info
التفاسير:

external-link copy
34 : 37

إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ

Biz günahkarlarla belə edərik. info
التفاسير:

external-link copy
35 : 37

إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ

Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir info
التفاسير:

external-link copy
36 : 37

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ

və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər. info
التفاسير:

external-link copy
37 : 37

بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ

Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi. info
التفاسير:

external-link copy
38 : 37

إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ

Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız. info
التفاسير:

external-link copy
39 : 37

وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ

Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız. info
التفاسير:

external-link copy
40 : 37

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ

Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır. info
التفاسير:

external-link copy
41 : 37

أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ

Onlar üçün məlum bir ruzi vardır – info
التفاسير:

external-link copy
42 : 37

فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ

(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək – info
التفاسير:

external-link copy
43 : 37

فِي جَنَّٰتِ ٱلنَّعِيمِ

Nəim cənnətlərində. info
التفاسير:

external-link copy
44 : 37

عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ

(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar). info
التفاسير:

external-link copy
45 : 37

يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ

Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq. info
التفاسير:

external-link copy
46 : 37

بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّٰرِبِينَ

Ağappaq, içənlərə ləzzət verən (bir şərab). info
التفاسير:

external-link copy
47 : 37

لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ

O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar. info
التفاسير:

external-link copy
48 : 37

وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ

Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır. info
التفاسير:

external-link copy
49 : 37

كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ

Sanki onlar qorunub saxlanılmış yumurtadırlar. info
التفاسير:

external-link copy
50 : 37

فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ

Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. info
التفاسير:

external-link copy
51 : 37

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ

Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi. info
التفاسير: