قرآن کریم کے معانی کا ترجمہ - آذربائیجانی ترجمہ - علی خان موساییف

صفحہ نمبر:close

external-link copy
122 : 3

إِذۡ هَمَّت طَّآئِفَتَانِ مِنكُمۡ أَن تَفۡشَلَا وَٱللَّهُ وَلِيُّهُمَاۗ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

O zaman sizlərdən iki dəstə (döyüşü tərk edib geri) qayıtmaq fikrinə düşmüşdü. Allah isə onların yardımçısı idi. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. info
التفاسير:

external-link copy
123 : 3

وَلَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ بِبَدۡرٖ وَأَنتُمۡ أَذِلَّةٞۖ فَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ

Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz. info
التفاسير:

external-link copy
124 : 3

إِذۡ تَقُولُ لِلۡمُؤۡمِنِينَ أَلَن يَكۡفِيَكُمۡ أَن يُمِدَّكُمۡ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُنزَلِينَ

O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək köməyinizə çatması, sizə yetməzmi?” info
التفاسير:

external-link copy
125 : 3

بَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ

Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və onlar da elə indi sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. info
التفاسير:

external-link copy
126 : 3

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır. info
التفاسير:

external-link copy
127 : 3

لِيَقۡطَعَ طَرَفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡ يَكۡبِتَهُمۡ فَيَنقَلِبُواْ خَآئِبِينَ

(Allah belə etdi ki, bununla) kafirlərin bir qisminin kökünü kəssin, yaxud onları alçaltsın və beləcə, məyus halda geri dönsünlər, – info
التفاسير:

external-link copy
128 : 3

لَيۡسَ لَكَ مِنَ ٱلۡأَمۡرِ شَيۡءٌ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡ أَوۡ يُعَذِّبَهُمۡ فَإِنَّهُمۡ ظَٰلِمُونَ

Bu işin sənə aidiyyəti yoxdur, – (müsəlman olsalar, Allah ya) onların tövbəsini qəbul edər və ya (inkar etsələr, Allah) onlara əzab verər. Çünki onlar zalımdırlar. info
التفاسير:

external-link copy
129 : 3

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir. info
التفاسير:

external-link copy
130 : 3

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُواْ ٱلرِّبَوٰٓاْ أَضۡعَٰفٗا مُّضَٰعَفَةٗۖ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ

Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız. info
التفاسير:

external-link copy
131 : 3

وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ

Kafirlər üçün hazırlanmış Oddan qorxun. info
التفاسير:

external-link copy
132 : 3

وَأَطِيعُواْ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ

Allaha və (Onun göndərdiyi) Rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun. info
التفاسير: