قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - ئەزەرچە تەرجىمىسى- ئەلىخان مۇسايۇۋ

بەت نومۇرى:close

external-link copy
82 : 6

ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ

İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır. info
التفاسير:

external-link copy
83 : 6

وَتِلۡكَ حُجَّتُنَآ ءَاتَيۡنَٰهَآ إِبۡرَٰهِيمَ عَلَىٰ قَوۡمِهِۦۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ

Bu, İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kimsənin dərəcələrini ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir. info
التفاسير:

external-link copy
84 : 6

وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۚ كُلًّا هَدَيۡنَاۚ وَنُوحًا هَدَيۡنَا مِن قَبۡلُۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيۡمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. info
التفاسير:

external-link copy
85 : 6

وَزَكَرِيَّا وَيَحۡيَىٰ وَعِيسَىٰ وَإِلۡيَاسَۖ كُلّٞ مِّنَ ٱلصَّٰلِحِينَ

Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisalehlərdən idi. info
التفاسير:

external-link copy
86 : 6

وَإِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَيُونُسَ وَلُوطٗاۚ وَكُلّٗا فَضَّلۡنَا عَلَى ٱلۡعَٰلَمِينَ

İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (doğru yola yönəltmişdik). Onların hamısını aləmlərdən üstün etdik. info
التفاسير:

external-link copy
87 : 6

وَمِنۡ ءَابَآئِهِمۡ وَذُرِّيَّٰتِهِمۡ وَإِخۡوَٰنِهِمۡۖ وَٱجۡتَبَيۡنَٰهُمۡ وَهَدَيۡنَٰهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

Onların atalarından, züriyyətlərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. info
التفاسير:

external-link copy
88 : 6

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ

Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyini doğru yola yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı. info
التفاسير:

external-link copy
89 : 6

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكۡفُرۡ بِهَا هَٰٓؤُلَآءِ فَقَدۡ وَكَّلۡنَا بِهَا قَوۡمٗا لَّيۡسُواْ بِهَا بِكَٰفِرِينَ

Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (Qüreyş müşrikləri) bunu inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik. info
التفاسير:

external-link copy
90 : 6

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ

Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”. info
التفاسير: