قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - ئەزەرچە تەرجىمىسى- ئەلىخان مۇسايۇۋ

بەت نومۇرى:close

external-link copy
53 : 3

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّٰهِدِينَ

Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də, şahidlərlə bir yerdə yaz!” info
التفاسير:

external-link copy
54 : 3

وَمَكَرُواْ وَمَكَرَ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ

Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah (qarşılıqlı olaraq) hiylə işlədənlərin ən xeyirlisidir. info
التفاسير:

external-link copy
55 : 3

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُواْ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوۡقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۖ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأَحۡكُمُ بَيۡنَكُمۡ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ

O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. info
التفاسير:

external-link copy
56 : 3

فَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Kafirlərə gəlincə, onlara həm bu dünyada, həm də axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır”. info
التفاسير:

external-link copy
57 : 3

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

(Allah) iman gətirib saleh əməllər işləyənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz. info
التفاسير:

external-link copy
58 : 3

ذَٰلِكَ نَتۡلُوهُ عَلَيۡكَ مِنَ ٱلۡأٓيَٰتِ وَٱلذِّكۡرِ ٱلۡحَكِيمِ

Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir. info
التفاسير:

external-link copy
59 : 3

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəlinə bənzəyir. Allah Adəmi torpaqdan yaratdı, sonra ona “Ol!”– dedi, o da oldu. info
التفاسير:

external-link copy
60 : 3

ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلۡمُمۡتَرِينَ

Haqq sənin Rəbbindəndir. Elə isə şübhə edənlərdən olma! info
التفاسير:

external-link copy
61 : 3

فَمَنۡ حَآجَّكَ فِيهِ مِنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ فَقُلۡ تَعَالَوۡاْ نَدۡعُ أَبۡنَآءَنَا وَأَبۡنَآءَكُمۡ وَنِسَآءَنَا وَنِسَآءَكُمۡ وَأَنفُسَنَا وَأَنفُسَكُمۡ ثُمَّ نَبۡتَهِلۡ فَنَجۡعَل لَّعۡنَتَ ٱللَّهِ عَلَى ٱلۡكَٰذِبِينَ

Sənə elm gəldikdən sonra kim səninlə (İsa barəsində) mübahisə edərsə, de: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”. info
التفاسير: