قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى

بەت نومۇرى:close

external-link copy
11 : 87

وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى

Kafir isə öyüd-nəsihətdən uzaq durur və onu qulaqardına vurur. Çünki o, axirətdə Cəhənnəm oduna düçar olacaq ən bədbəxt insanlardandır. info
التفاسير:

external-link copy
12 : 87

ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ

O kimsə ki, axirətdə böyük atəşə girib onun hərarətindən əzab çəkəcək və əbədi olaraq bu əzabın içində qalacaqdır. info
التفاسير:

external-link copy
13 : 87

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ

Sonra o, Cəhənnəm odunda əbədi qalacaq, belə ki, o, orada nə öləcək ki, əzabdan qurtulub rahatlıq tapsın, nə də xoş gün-güzəran görəcəkdir. info
التفاسير:

external-link copy
14 : 87

قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ

Şirkdən və digər günahlardan təmizlənən kimsə istədiyinə nail olub uğur qazanmıdır. info
التفاسير:

external-link copy
15 : 87

وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ

O kimsə ki, Rəbbinin ona buyurduğu müxtəlif zikrlərlə Onu zikr etmiş və namazı tələb olunan tərzdə yerinə yetirmişdir. info
التفاسير:

external-link copy
16 : 87

بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

Xeyr, siz dünya həyatına önəm verir və onu axirət həyatından üstün tutursunuz. Halbuki bu ikisinin arasında böyük fərq var. info
التفاسير:

external-link copy
17 : 87

وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ

Axirət isə dünyadan və onun içindəki nemətlərdən və ləzzətlərdən daha xeyirli, daha üstün və daha sürəklidir. Çünki axirtə nemətləri əsla tükənməzdir. info
التفاسير:

external-link copy
18 : 87

إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ

Sizə bildirdiyimiz bu əmrlər və xəbərlər, səndən əvvəl nazil edilmiş səhifələrdə zikr edilmişdir.
info
التفاسير:

external-link copy
19 : 87

صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ

Bu, İbrahimə və Musaya (aleyhiməssəlam) nazil edilmiş səhifələrdir. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• أهمية تطهير النفس من الخبائث الظاهرة والباطنة.
Nəfsi zahiri və batini pisliklərdən təmizləməyin əhəmiyyəti. info

• الاستدلال بالمخلوقات على وجود الخالق وعظمته.
Xaliqin varlığını və Onun əzəmətini isbat etmək üçün Onun yaratdığı məxluqatları ilə dəlil göstərmək. info

• مهمة الداعية الدعوة، لا حمل الناس على الهداية؛ لأن الهداية بيد الله.
Dəvət edən kimsənin vəzifəsi insanları hidayətə qovuşdurmaq deyil, sadəcə olaraq onları haqqa dəvət etməkdir. Çünki insanlara hidayət bəxş edib onları haqqa yönəltmək yalnız Allahın əlindədir. info