قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى

external-link copy
39 : 36

وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ

Ay da, pak və müqəddəs Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. O ay ki, Biz onun hər gecəsi üçün mənzillər mü­əyyən etmişik. O, kiçik şəkildən başlayaraq böyüyür, sonra isə, yenidən kiçilir və nəhayət, o, tədricən dönüb xur­ma ağacının olduqca nazik, əyri, sapsarı və qu­rumuş budağı kimi olur. info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• ما أهون الخلق على الله إذا عصوه، وما أكرمهم عليه إن أطاعوه.
Allah yanında məxluqatın ən dəyərsizi Ona asi olanlar, onların ən hörmətlisi də Ona itaət edənləridir. info

• من الأدلة على البعث إحياء الأرض الهامدة بالنبات الأخضر، وإخراج الحَبِّ منه.
Qurumuş torpaqda yaşıl bitkilər yetişdirmək və oradan dənlər çıxartmaqla onu canlandırmaq, ölülərin diriləcəyinə dəlalət edən dəlillərdəndir. info

• من أدلة التوحيد: خلق المخلوقات في السماء والأرض وتسييرها بقدر.
Məxluqatın həm göydə, həm də yerdə yaradılması və bütün bunların əvvəlcədən müəyyən edilmiş ölçü ilə hərəkət etməsi Allahın vəhdaniyyətinə dəlalət edən dəlillərdəndir. info